Razılaşma olsa neftin 40 dollara qədər yüksəlcəyi gözlənilir
Dünyanın ən böyük istehsalçılarının qiymət müharibəsini dayandırıb və istehsalı azaltmaq mövzusunda razılaşmaya yaxınlaşdıqlarına dair işarələr neft qiymətlərinin yüksəlməysinə səbəb olur.
Marja xəbər verir ki, ABŞ rəhbərliyindən verilən açıqlamaya görə, Energetika Naziri Dan Brouillette, Səudiyyəli həmkarı Şahzadə Əbdüləziz bin Salman ilə telefonda "məhsuldar bir danışıq" aparıb.
Həmçinin xam neft qiymətləri, Avropada virusdan ən çox mənfi təsir görmüş bəzi ölkələrdə ölüm sayının azalmaqda olduğuna dair xəbərlərdən də dəstək alıb.
OPEC + koalisiyası və digər bəzi istehsalçıların Bazar ertəsi günü keçirməyi planlaşdırdıqları virtual yığıncaq Cümə axşamı gününə təxirə salınıb.
Danışıqlar, yalnız ABŞ-ın yığıncağa qatılıb-qatılmaması ilə deyil, digər əhəmiyyətli maneələr ilə qarşılaşa bilər. Ən böyük problem, virusun tələbə verdiyi ziyanın həcmi düşünüldüyündə, hər hansı bir razılaşmanın bunu aradan qaldırmağa kifayət edib etməyəcəyidir. Bazarda neft bolluğunun digər bir işarəsi isə, anbarlarda artan ehtiyatlardır.
Analitiklər razılaşmaya 50% ehtimal verirlər. Hasilatın azaldılması gündəlik 10 milyon barelə qədər ola bilər və bu miqdar azalan tələbi kompensasiya etməyə bilər. Brent neftin 40 dollarlara qədər yüksəlcəyi gözlənilir.
Qeyd edək ki, Bu gün Brent neftin qiyməti 34 dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
21 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
23 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 23 saat əvvəl