Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır"

Azərbaycan fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq Dolların məzənnəsini 1,7 manatda saxlamağa davam edir.

Marja-nın məlumatına görə, "Fitch” beynəlxalq reytinq agentliyi hesab edir ki, bu, Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınsa (ÜDM-in 40%-i, ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi) və xarici təzyiq azalmasa “çox bahalı və qeyri-sabitdir”.

Reklam_3_11

“Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.

Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda  55 milyon dollar təşkil edib: “Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna  49,5 milyard dollar təşkil edir”, - məlumatda deyilir.

dollar məzənnə
13.04.2020 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ