Neftimi al, üstündə pul da ödəyirəm - İLK DƏFƏ SIFIRDAN AŞAĞI DÜŞDÜ
Neftin qiyməti ilk dəfə sıfırdan aşağı (mənfi 40.32 dollara) düşdü. Bunun mənası - neft istehsalçıları müştərilərinə neftlərini almaları üçün ödəmə edəcəklər.Koronavirus böhranının səbəb olduğu iqtisadi böhran treyderləri fiziki xam neftin təhvilini almaqdan yayınmağa məcbu edib (çarəsiz qalıblar) Bunun ardından neft fyuçers müqavilələri tarixdə ilk dəfə sıfır səviyyəsinin aşağı düşüb. Qiymətlərin mənfiyə enməsi tələbin nə cür çökdüyünü göstərir.
Marja xəbər verir ki, neft qiymətinin Çərşənbə axşamı günü (bu gün) vaxtı çatacaq Qərbi Texas nefti (WTI) May fyuçersinin mənfiyə düşməsi satıcıların alıcılara əllərindəki neftdən xilas olmaq üçün pul ödəməsi mənasını verir. Bunun səbəbi isə belədir: Koronavirus epidemiyasının iqtisadiyyatı dayanma nöqtəsinə gətirməsi ilə bazarda çox istifadə edilməmiş neft qalıb və ABŞ-ın neft şirkətləri anbarların dolması ilə əlaqədar olaraq nefti yığmaq üçün yer tapa bilmirlər. Nefti yığmaq üçün yer olmamasına görə, heç kim müddəti çox yaxınlaşmış neft fyuçers müqavilələrini almaq ya da saxlamaq istəmir.
Ancaq treyderlər, mənfi bölgəyə çöküşün zərbə almış bazarın doğru reallığını əks etdirdiyini düşünmürlər.Bu gün müddəti çatacaq ən yaxın May müqavilələrinin qiyməti İyun ayı fyuçers qiymətindən qopmuş vəziyyətdədir və bu fərq 20 dollar ilə tarixinin ən yüksək səviyyəsindədir.
WTI xam nefti May fyuçerslərinin qiyməti, daha əvvəl bənzəri görülməmiş, 1946-cı ildən bu yana görülən hər aşağı qiymətdən də aşağı düşərək dəyərini itirdi. Qərbi Texas neftinin (WTI) icra olunduğu bazar, müqavilənin sıfır səviyyəsindən aşağıda qiymətlənməsinə icazə verdi. Bu ekstrem hərəkət, bütün dünyada hökumətlərin koronavirusun yayılmasına mane olmaq üçün məhdudlaşdırmaları genişləndirmələri ilə sənaye və iqtisadi fəaliyyətin dayanma nöqtəsinə gəlməsinin nəticəsini, ABŞ neft bazarının necə həddindən artıq təklif vəziyyətinə gəldiyini göstərir. OPEC + koalisiyasının bir həftə öncə daha əvvəl bənzəri görülməmiş miqdarda istehsal azaltmasına getməsi də, qlobal tələbin üçdə birinin "əriməsinin" ardından bir az gecikmiş bir addım oldu.
Bazar ertəsi günü treyderlərin sabah vaxtın çatmasından əvvəl May fyuçers müqavilələrindən sürətlə çıxması qiymətin kəskin düşməsinə gətirib çıxardı. Sonrakı ayın fyuçers müqaviləsi isə 12% düşərək 22.05 dollara geriləyib. May və İyun WTI fyuçersləri arasındakı qiymət fərqi 20 dollardan yüksəkdir.
May fyuçerslərinin alıcıları neftayırma zavodları ya da hava yolu şirkətləri kimi təhvili fiziki olaraq almaq istəyən müəssisələrdir. Ancaq çənlərinin dolu olmasına görə bu müəssisələrin də neft almağa ehtiyacları yoxdur.
ABŞ-da anbarların dolma nöqtəsinəçatması ilə əlaqədar olaraq qiymətlərin daha da düşə biləcəyi ehtimal edilir. Qiymətlərin sabitləşməsi üçün koronavirus pandemiyası ortadan qalxmalıdır.
İlin əvvəlindən bu yana neft qiymətləri, koronavirusun təsirlərinin artması və OPEC + koalisiyasının mövcud razılaşmasının pozulmasının ardından kəskin düşüb. Bütün dünyada istehsalçıların neft hasil etməyə davam etmələrinin təsiri və anbarların da dolmasının ardından, treyderlər satışa keçiblər.
Amerikalı istehsalçılar yaxında müştərilərinə neftlərini almaları üçün ödəmə edəcəkləri ehtimalı yüksəldir.
Nyu Yorkda, WTI May fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Kontrakt beləliklə, 2-ci Dünya müharibəsindən bəri tarixin ən aşağı səviyyəsinə düşüb. Brent nefti 8.9% düşərək bareli 25.57 dollara enib.
Fyuçers müqaviləsi - müqavilənin tərəflərinə, müəyyən miqdar və keyfiyyətdəki bir malı təyin olunan irəli bir tarixdə, bu gündən razılaşdırılan qiymətdən almaq və ya satma öhdəliyi müəyyən edən müqavilədir. Fyuçers müqaviləsi - gələcəkdə qiymətlərin yüksəlməsindən narahat olan sərmayəçilərin alış edərək; gələcəkdə qiymətlərin düşməsindən narahat olan sərmayəçilərin də satış edərək riskdən qorunmalarını təmin edir.
Müştərilərin xəbərləri
"Expressbank"ın mənfəəti kəskin artaraq 10 milyon manata yaxınlaşıb – Aktivləri 725 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
1 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
19 d. əvvəl
Unibankın xalis mənfəəti 73% artıb – Aktivləri 2,4 milyard manata yaxınlaşıb
-
35 d. əvvəl
“AccessBank” 9 ayda 45 milyon manat mənfəət əldə edib, biznes kreditləri 1 milyard manatı ötüb
-
46 d. əvvəl
Şirkətlər bu bankda 669 milyon manatdan çox vəsait saxlayırlar
-
51 d. əvvəl
Daha bir bankın müştərilərə verdiyi kreditlər 1 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
“AFB Bank”ın gəlirləri 2 dəfədən çox, xalis mənfəəti 60%-ə yaxın artıb
-
1 saat əvvəl
Dizel yanacağı qıtlığı 2027-ci ilə keçir – Qlobal bazara ağır iqtisadi itkilər xəbərdarlığı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Şirkətlər bu bankda 669 milyon manatdan çox vəsait saxlayırlar
Dizel yanacağı qıtlığı 2027-ci ilə keçir – Qlobal bazara ağır iqtisadi itkilər xəbərdarlığı
Ən çox oxunanlar
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 21 milyon manata çatıb – Kredit portfeli 1 milyard manata yaxınlaşır
Bu banka əhalidən böyük vəsait axını baş verib
AMB notlarının dövriyyədəki həcmi 1,73 milyard manatdan aşağı düşüb
"Expressbank"ın kredit portfeli 592 milyon manatı keçib – Ən yüksək artım biznes kreditlərindədir
Azərbaycanda yaşıl enerji istehsalı 33% artıb – Küləkdən elektrik istehsalı 11 dəfə yüksəlib













.jpg)










