Unibank Manat əmanətinin faizini artırdı
Unibank manat əmanətlərinin faiz dərəcəsini artırıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 28 May Respublika Günü münasibəti ilə keçirilən kampaniya çərçivəsində qoyulan manat əmanətlərinə Unibank əlavə 2% hədiyyə edir.
Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 10%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 7%-ə yüksəlib.
“İyunun sonunadək davam edən kampaniya zamanı öz vəsaitlərinizi sərfəli faizlə, güvəndiyiniz bankınıza etibar edə bilərsiniz.
Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır”,- Bankın məlumatında deyilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl