Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Vergi Xidməti işə qəbulla bağlı müsabiqəni təxirə saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Vergi Xidməti işə qəbulla bağlı müsabiqəni təxirə saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə əlaqədar Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Xidmətdən verilən məlumata görə, qeyd olunan məsələyə Xidmətin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, işə qəbulla bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib və namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər.

İlkin olaraq, müsabiqənin cari ilin aprel ayının sonunadək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə də müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.        

E. Süleymanov bildirib ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

22.05.2020 18:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ