Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türklər 1,8 milyard dollara oyun şirkəti satdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türklər 1,8 milyard dollara oyun şirkəti satdılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın oyun şirkəti Zynga, Toon Blast və Toy Blast oyunlarının yaradıcısı Türkiyənin Peak Games şirkətini 1,8 milyard dollara satın alıb.

Marja Zynga-nın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Peak Games-in 100%-i təxminən 900 milyon dolları nağd və təxminən 900 milyon dolları Zynga-nın səhmləri qarşılığında satın alınıb.

Reklam_3_11

Peak Games dünyanın ən yaxşı puzzle oyunu yaradıcılarındandır.

Dünyada məşhur oyun yaradıcısı Zynga-nın səhmləri Türkiyənin oyun şirkəti Peak Games-i 1,8 milyard dollara satın almasının ardından 8 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Nasdaq Birjasında ZNGA kodu ilə ticarət olunan Zynga şirətinin səhmi bazar ertəsi günü 5,57% bahalaşaraq 9,66 dollara yüksəlib. Şirkətin səhmləri gün ərzində 9,87 dollar dəyərinə çataraq 8 ilin ən yüksək səviyyəsini qeyd edib.

Şirkət-in illik gəlir proqnozu da 1,65 milyard dollardan 1,69 milyard dollara yüksəldilib.

Türkiyənin maliyyə və xəzinə naziri Berat Albayrak da Twitter hesabından öz təbrikini yazıb.

 

Peak Games Toon Blast Toy Blast Zynga puzzle oyun səhm bazarı ticarət
02.06.2020 08:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ