Mobil manşet üstü reklam-2_21

“Bu ilin büdcə gəlirlərinə və xərclərinə yeni baxış nümayiş etdirəcəyik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bu ilin büdcə gəlirlərinə və xərclərinə yeni baxış nümayiş etdirəcəyik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2020-ci il Azərbaycanın dövlət büdcəsinin icrası ilə bağlı çağırışlar mövcuddur, biz bunları gizlətmirik. Bizim iqtisadi artım proqnozlarımıza şübhəsiz yenidən baxılacaq və bununla bağlı həm gəlirlərimizə, həm də xərclərimizə yəqin yeni bir baxış nümayiş etdirəcəyik". 

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bu məsələdə tələskənliyə yol verməməliyik, çünki karantin dövründə olan davranış sonraki dövrlərdə olacaq davranışdan fərqlənəcək. Artıq karantinin yumşaldılması ilə bağlı silsilə qərarlar qəbul edilib, nəticə etibarilə biz gözləyirik ki, istehlak, iqtisadi fəallıq artacaq, əvvəlki səviyyələrə şübhəsiz gəlməyəcək, amma bunun nəticəsində daha çox gəlirlərimiz əmələ gələcək, iqtisadiyyat işlədikcə gəlirlərimiz də artacaq və vergilər toplanacaq", - o əlavə edib.

“Şübhəsiz, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ayın nəticələrinə görə artıq məlumatlar mövcuddur. Beş ayın nəticələri isə yaxın vaxtlarda olacaq”.

Xatırladaq ki, bu ilin dövlət büdcəsinin gəlirləri 24 mlrd 134,5 milyon manat, xərcləri isə 26 mlrd 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9,6 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və 0,7% çoxdur.

Son nəticədə büdcədə 2,3 milyard manat qalıq yaranıb. 

Report

02.06.2020 14:41

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10