İsmayıllı Velosiped Zavodu 30 işçi ilə fəaliyyətdədir
İsmayıllı Velosiped Zavodu (İSMA BİKE) fəaliyyətdədir.
Məlumata görə, hazırda zavodda 30 işçi çalışır və onlar əsasən İsmayıllı rayonundan olan gənclərdir. Zavod açılanda 3 əsas modeldə velosiped istehsal edilsə də, mühəndis-konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb.
Zavodda istehsal edilən məhsullar satış məqsədilə hələlik yerli və paytaxt bazarlarına çıxarılsa da, gələcəkdə xarici bazarlara ixrac da qarşıya qoyulan əsas hədəflərdəndir. Zavodda əymə və qaynaq dəzgahları, istehsal və yığım xətləri, konveyerlər və rəngləmə kameraları mövcuddur. İstifadə olunan avadanlıqlar Avropanın aparıcı şirkətlərinindir və burada istehsal olunan velosipedlər Avropa standartlarına tam uyğundur.
İstehsalatda istifadə olunan ehtiyat hissələri Yaponiya, Tayvan, Malayziya və Almaniyadan gətirilir.
Ümumi istehsal ərazisi 2200 kvadratmetr olan zavodda velosiped təkərlərinin istehsalı, rəngləmə, anbar, təchizat sahələri və ofis var. Zavodun istehsal gücü layihə üzrə 30 min ədəd velosiped istehsalıdır.
İsmayıllı Velosiped Zavodu (İSMA BİKE) 2016-cı ilin avqust ayında fəaliyyətə başlayıb. Zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl