"PSG Finans" BOKT ötən ili mənfəətlə başa vurub
"PSG Finans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 808 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 201 min manat zərərlə çıxmışdı.
Ötən il "PSG Finans"ın vergiyəqədərki mənfəəti 937 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 129 min manat manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "PSG Finans"ın aktivləri 11,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,6 dəfə çoxdur. Bunun 7,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.
Hesabat dövründə BOKT-un öhdəlikləri 2,9 dəfə artaraq 7 milyon manata, balans kapitalı isə 5,8 dəfə artaraq 4,075 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,5 dəfə artaraq 4,3 milyon manata çatıb.
Xatırladaq ki, "PSG Finans" 2013-cü ildə yaradılıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
İndi Embafinans Biznes kreditləri Sizin biznesinizin inkişafında ən böyük yardımçınız olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl