Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dolların 8 Türk Lirəsini keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ

Dolların 3 ay sonra 7,75 lirəyə, 6 ay sonra 8 lirəyə, 12 sonra isə 8,25 lirəyə yüksələcəyi təxmin edilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların 8 Türk Lirəsini keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ

Qlobal maliyyə xidmətləri şirkəti Goldman Sachs-ın analitikləri Türk Lirəsinin (TL) dəyərdən düşməkdə davam edəcəyini gözləyirlər.

Marja xəbər verir ki, Goldman Sachs Group Inc., xəbərdarlıq da edib: "Avqust ayında daha kəskin ucuzlaşmanın yaşanmasına dair risklər artır".

Reklam_3_11

Lirə, bu ay dollar qarşısında 4%-dən çox dəyərdən düşərək dünyanın ən pis performans göstərən ikinci pul vahidi olub. TL-nin illik ucuzlaşması isə 18%-i aşıb.

Goldman, dollar/TL məzənnəsində 3, 6 və 12 aylıq proqnozlarını müvafiq olaraq 7,75 lirə, 8 lirə və 8.25 lirə səviyyələrinə yüksəldib. Əvvəlki proqnozları müvafiq olaraq 7 lirə, 7.50 lirə və 8 lirə idi.

Goldman analitiklərinin hesabatında, "Əhalinin dollarda əmanətlərinin artırması, inflyasiyanın yüksələ biləcəyi riski, məhdud ehtiyatlar, xarici maliyyə kəsiri və qeyri-ənənəvi siyasətlər nəzərə alındığında dollar/TL məzənnəsində risklər yuxarı istiqamətlidir" ifadəsinə yer verilib.

Bu gün səhər Dollar/TL məzənnəsi 7.30 lirə səviyyələrində olub.

Türk Lirəsi
10.08.2020 10:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ