Restoran və kafelərin necə fəaliyyət göstərəcəyi açıqlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində (restoran və kafelər) bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbədi dəfə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır:
• Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir.
• İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır.
• Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.
• Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
• Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması şərtdir.
• İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
• Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.
• Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
14 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 14 saat əvvəl
-
14 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 15 saat əvvəl
-
17 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 17 saat əvvəl
-
17 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
17 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir