Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Prezident 15 gün vaxt verib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Prezident 15 gün vaxt verib"

Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.

 

Reklam_3_11

Bu barədə  millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.

 

Deputat bildirib ki, valyuta bazarının stabilləşməsi vacib məsələdir. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı tədbirləri görülür.

 

“Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.

 

Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına gəlincə, deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac yoxdur: “Ölkədə fəaliyyət göstərən bankların filialları var və onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, kifayət qədər valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin. Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə limanlarında artırmaq lazımdır ki, heç bir problem olmasın”.

 

Mənbə: AzVision.az

09.12.2016 10:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ