Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Sumqayıtın ən iri hoteli açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtın ən iri hoteli açılır

Avropanın məşhur hotel zincirlərindən biri olan “Selective Hotels Swiss” Azərbaycanda da fəaliyyətini rəsmiləşdirib.

Bu barədə hotelin satış və marketinq direktoru Elçin Rüstəmov məlumat verib.

Hotellər şəbəkəsi ilkin mərhələdə 3 hotellə fəaliyyətə başlayacaq. Buraya hazırda Bakıda fəaliyyət göstərən iki hotel – “Boutique Hotel Baku” və “Atropat Hotel”, həmçinin Sumqayıtda inşası davam edən və bu ilin sonuna ən yüksək dünya standartları ilə fəaliyyətə başlayacaq “Sumgayit Plaza Otel” daxildir.

88 otaqdan ibarət olan bu unikal və müasir dizaynlı hotel yalnız xidmətləri ilə deyil, eyni zamanda özünün böyük hovuzu, spa mərkəzləri, iki böyük restoranı, Sky Bar-ı ilə qonaqların tam rahatlığını təmin edəcək. Yanvar ayının 28 də təntənəli mərasimlə açılışı planlaşdırılan hoteldə hazırda son tamamlama işləri gedir.

“Sumgayit Plaza Otel” Sumqayıtın ən böyük oteli olacaq. Məkan olaraq niyə məhz Sumqayıtın seçilməsi gəlincə, Rüstəmov bildirib ki, bu şəhər son illər inkişaf tempinə görə diqqət çəkir: “Sumqayıtda açılmaqda olan və layihəsi planlaşdırılan şirkətlərin istər rəhbər heyyətinin, istərsə də əməkdaşlarının qonaqlaması üçün dünya standartlarında bir hotelin olması zəruri idi”.

Mənbə: Fins.az

09.12.2016 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ