Ən yuxarı (mobil)-2_30

Pensiya üçün yeni şərtlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pensiya üçün yeni şərtlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir”.

 

"Bu layihələrdə əsas məqsəd əhalinin sosial cəhətdən nisbətən az qorunan hissəsinin sosial müdafiəsinin daha güclü təşkil edilməsidir”

 

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib. Burda söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna pensiya almaq üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur olsun pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar. Yeni iş yerlərinin daha da çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".

 

H. Rəcəbli bildirib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb. Hər iki layihə üzərində hələ ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəylərini bildirəcək, ondan sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur.

Mənbə: APA

09.12.2016 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ