Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

ABŞ təşkilatı neft qiyməti proqnozlarını artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ təşkilatı neft qiyməti proqnozlarını artırdı

ABŞ Enerji İnformasiya İdarəsi (EİA) neft qiyməti proqnozlarını yuxarı istiqamətdə dəyişiklik edib.

Marja xəbər verir ki, EIA-nın "Yanvar 2021 Hesabatı"nda, bu il üçün Brent növü xam neftin orta qiyməti 52,70 dollar olaraq təxmin edilib. Dekabr ayı hesabatında bu rəqəm 48,53 dollar idi.

Hesabatda, keçən il 41,69 dollar olaraq reallaşan Brent növü xam neftin orta qiymətinin gələn il 53,44 dollar olacağı nəzərdə tutulub.

Qərb Texas növü (WTI) xam neftin orta qiymətinin keçən il 39,17 dollar olaraq reallaşdığı qeyd edilən hesabatda, söz mövzusu qiymətin bu il 49,70 dollar, gələn il 49,81 dollar olacağı təxmin edilib.

Hesabatda, Brent növü xam neft qiymətlərinin dekabrda birdən çox Kovid-19 peyvəndinin tətbiq olunmağa başlaması ilə artan iqtisadi yaxşılaşma gözləntiləri səbəbilə orta hesabla 50 dollara yüksəldiyi, yanvar ayının əvvəlində isə Səudiyyə Ərəbistanının neft hasilatının fevral və mart aylarında aylıq 1 milyon barel könüllü azaldacağını açıqlamasının ardından son 10 ayın ən yüksək səviyyələrini gördüyü qeyd edilib.

Qlobal neft ehtiyatlarının və artıq istehsal gücününü yüksək olması səbəbilə 2021-də neft qiymətlərindəki yuxarı istiqamətli trendin məhdud qalacağı nəzərdə tutulur.

EIA-ın bu ilə dair gündəlik xam neft istehsal proqnozu isə dəyişməyib. Hesabata görə, ABŞ-ın gündəlik orta xam neft istehsalının bu il təxminən 11 milyon 100 min barel səviyyəsində reallaşması gözlənilir.

ABŞ-ın gündəlik xam neft istehsalı keçən il orta hesabla 11 milyon 290 min barel olaraq reallaşmışdı.

İstehsalın 2022-də isə 11 milyon 490 min barel səviyyəsində reallaşacağı təxmin edilir.

14.01.2021 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ