Ən yuxarı (mobil)-2_30

"Araz Supermarket"in soğanının yararsız olduğu aşkarlandı - TƏDBİR GÖRÜLDÜ

Ukraynadan idxal edilən 20 tondan çox soğanın istehlak üçün yararsız olduğu aşkarlanıb. Yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Araz Supermarket"in  soğanının  yararsız olduğu aşkarlandı - TƏDBİR GÖRÜLDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Marja-ya bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20.58 ton soğan məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

"Araz" supermarketlər şəbəkəsinin sözçüsü Billurə Əmirova Marja-ya açıqlamasında bildirdi ki, idxal edilən məhsullar müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır:

"Agentliyin yaydığı xəbər müştərilərimizi çaşdırmasın deyə məsələyə aydınlıq gətiririk. Belə ki,bu ilin yanvar ayında tərəfimizdən Ukraynadan soğan idxal olunub. Bildiyiniz kimi  ölkəyə idxal olunmuş məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır. O cümlədən, tərəfimizdən idxal olunmuş soğandan, satışa çıxarılmamışdan əvvəl, nümunələr götürülərək müayinə edilmiş və müayinələr nəticəsində məhsulda qara kiflilik aşkarlanmışdır. AQTA  nümayəndələrinin iştirakı ilə "Araz" supermarketlər şəbəkəsi tərəfindən məhsul məhv edilmişdir. Xüsusi olaraq bildirmək istərdik ki, "Araz" supermarketlər şəbəkəsində satılan meyvə-tərəvəz əsasən yerli məhsuldur. Meyvə-tərəvəzi bazar qiymətinə təklif edən "Araz" marketlərin rəflərində yer alan məhsulların keyfiyyətinə xüsusilə diqqət olunur. Çünki bizim üçün müştəri məmnuniyyəti hər şeydən önəmlidir".

Araz Supermarket soğan
25.02.2021 12:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ