Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə indi münasibətlər normallaşır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə indi münasibətlər normallaşır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur”. 

Bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, artıq bu əsassız ittihamlar da aradan qaldırılıb: “Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. Ona görə xarici siyasətlə bağlı biz əməkdaşlığa hazırıq. Bir çox ölkələr indi bərpa işlərində Qarabağda maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa, Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri hansısa isə qərar qəbul edirlər. Bunlar ümumiyyətlə əhəmiyyətli deyil. Onların adı heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq nəyi biz görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri ya xarici işlər nazirləri, ya digər nazirlər deyirlər ki, bunu etməyin. Bu deməli qəbul edilməzdir. Yəni heç bir ölkə ilə. Bir ölkə barədə mənə məlumat verildi. Lüksemburq. Onun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlətdi. Özü də mən başa düşmürəm. Lüksemburqun bizə nə daxili var. Lüksemburq ümumiyyətlə bu bölgədən uzaq olan bir ölkədir. Dünya miqyasında o qədər də böyük, yumşaq desək, siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasimizin uğurlu olmasını bir daha göstərir”.

05.03.2021 17:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 5-ci_28
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
InvestAZ