Cəmi 3 aya 1, 3 trilyon dollar - son 40 ilin ən böyük rekordu!
Qlobal Birləşmə və Satınalma (M&A) bazarı görünməmiş artım bumu yaşayır.Dünya maliyyə bazarları, birjalar və sövdələşmələr haqqında operativ və etibarlı məlumatlar, eləcə də müxtəlif sektorlara dair proqnozlar açıqlayan Refinitiv araşdırma şirkəti qlobal Birləşmə və Satınalma (Merger and Acquisition, qısaca M&A) bazarlarına dair yeni statistikanı təqdim edib.
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə müxtəlif şirkətlər, transmilli holdinqlər, texnologiya “əjdahaları” və ənənəvi investorlar arasında sövdələşmələrin həcmi 1,3 trilyon dollara bərabər olub. Bu isə ötən əsrin 80-ci illərindən bəri ən böyük göstəricidir.
Təkcə ABŞ şirkətlərinin əməliyyatlarındakı artım 2020-ci ilin birinci rübü ilə müqayisədə 160% təşkil edib. Vasitəçi qismində çıxış edən investisiya bankları son 20 ildə ən yüksək gəlir - 37 milyard dollar xidmət haqqı əldə ediblər. Hətta koronavirus pandemiyasının dünya iqtisadiyyatında yaratdığı böyük tənəzzül də bu prosesə mane ola bilməyib. Bu işdə Birləşmə Məqsədli Xüsusi Ortaqlıqlar, yaxud xarici maliyyə terminologiyasında qeyd olunduğu kimi - SPAC-lar xüsusi rol oynayıb.
Qısa izahat: Special Purpose Acquisition Company və ya qısaca “SPAC” ilk dəfə 1990-cı illərdə yaradılmış bir mexanizmdir. Əsas məqsəd hər hansı bir şirkəti satın almaq üçün qiymətli kağız birjalarında sadəcə kağız üzərində bir “kukla” firma yaratmaq və onun vasitəsilə birbaşa IPO-ya getməkdən vaz keçərək maliyyə vəsaitləri toplamaqdır. Daha sonra toplanan bu vəsaitlər hesabına əvvəlcədən hədəflənən şirkətlər satın alınır.
Son illərdə SPAC-lar maliyyə bazarında sürətlə böyümüş və nəhəng maliyyə vəsaitləri cəlb etmişdir. Belə ki:
2014-cü ildə 12 SPAC vasitəsilə 1,8 milyard dollar;
2015-ci ildə 20 SPAC vasitəsilə 3,9 milyard dollar;
2016-cı ildə 13 SPAC vasitəsilə 3,5 milyard dollar;
2017-ci ildə 34 SPAC vasitəsilə 10.1 milyard dollar;
2018-ci ildə 46 SPAC vasitəsilə 10.7 milyard dollar;
2019-cu ildə 59 SPAC vasitəsilə 13.6 milyard dollar;
2020-ci ildə 248 SPAC vasitəsilə rekord həcmdə - 83.3 milyard dollar vəsait cəlb olunub. Təkcə ABŞ-da bu ilin ilk rübündə SPAC kombinasiyaları vasitəsilə alqı-satqıların maliyyə həcmi 172 milyard dollar təşkil edib ki bu da ümumi M&A sövdələşmələrinin dörddə bir hissəsindən çoxdur.
Cari ilin ən böyük Birləşmə və Satınalma sövdələşmələrinə General Electric-in öz təyyarə lizinqi biznesini əzəli rəqibi AerCap-a 30 milyard dollara satması, dəmiryol şirkəti Canadian Pacific-in ABŞ-ın Kansas City Southern dəmiryol şəbəkəsini 29 milyard dollara əldə etməsi, Teslanın rəqibi Lucid Motorsun veteran maliyyə sövdəçisi Maykl Kleynin qurduğu SPAC-la 24 milyard dollar məbləğində birləşməsi, onlayn broker eToro-nun təcrübəli bankir Betsi Kohenin təsis etdiyi SPAC-la 10 milyard dollarlıq sövdələşməsi daxildir.
Xatırladaq ki, Marja qeyd edilən sövdələşmələrin hər biri haqqında mart ayında ətraflı xəbərlər təqdim etmişdi. Bütün dünyada özəl investisiyalarla bağlı sövdələşmələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 116 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 28 d. əvvəl
-
31 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























