Toshiba-nın səhmdarları tələsik özəlləşdirməyə qarşıdır - detallar
Asiya nəhənginə edilən 20 milyard dollarlıq təklif hələ də cavabsız qalıb.Yaponiyanın ən iri sənaye korporasiyalarından olan Toshibanın payçılarından biri, ABŞ-ın hedc fondu Farallon Capital Management bir həftədən sonra sükutu pozan ilk investor olub.
Marja xəbər verir ki, 6%-lik payla Goldman Sachs və SMP Partnersdən sonra üçüncü ən böyük səhmdar olan Farallon bugün ictimaiyyətə açıqlamasında Toshibanı ötən həftə CVC-dən aldığı 20 milyard dollarlıq alqı-satqı təklifini dəyərləndirməkdə tələsməməyə və “xüsusi müstəqil komitə quraraq, təfsilatlı bazar araşdırması, alternativ imkanlar axtarışı və ədalətli proses nəticəsində qərar verməyə” çağırıb.
Xatırladaq ki, aprelin 6-da Toshiba Avropanın özəl səhm kapitalı şirkəti CVC Capital Partnersdən 20 milyard dollarlıq Satınalma təklifinin daxil olduğunu və Direktorlar Şurasında müzakirə edilərək, qərar veriləcəyini bildirmişdi.
Məlumatlı mənbələrin bildirdiyinə görə, bu xəbər digər potensial investorları da hərəkətə keçirib və keçmişdə Yaponiyanın ən uğurlu sənaye liderlərindən olan Toshibanı satın almaq üçün alternativ iri həcmli qiymət təkliflərinin ediləcəyi istisna deyil. Yaponiya hökuməti də bu məsələdə son sözünü hələ söyləməyərək, prosesin nisbətən aydınlaşmasını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
-
39 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























