Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Naxçıvanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinə start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Naxçıvanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinə start verilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin elan etdiyi  “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrasına start vermişdir. Layihə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqla həyata keçiriləcək.

Layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yaşayan qadınların bilik və bacarıqlarını artırmaqla, onlara iş imkanları yarada biləcək şəxsi bizneslərin qurulmasına texniki və maliyyə dəstəyi verməkdir.

Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, kənd icmalarından olan 20 nəfər qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.

Layihə həmçinin DİM 1-yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 -  yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5- gender bərabərliyi və DİM 8- layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək. 

04.05.2021 13:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 5-ci_28
Neft daha da bahalaşdı
Neft daha da bahalaşdı
18.05.2021 14:19
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
InvestAZ