Gəmi nəqliyyatında görünməmiş bahalaşma - 8 dəfə!
Qlobal əmtəə qiymətlərində yüksəliş və Çinin “dəmir iştahı” daşınma xərclərini sürətlə artırıb...Dünya sənayesini “qidalandıran” xammal və materialların daşınmasında ən mühüm yerlərdən birini tutan gəmi nəqliyyatında xidmət haqları ötən ilin aprelindən bəri 700 faiz artıb. Marja son aylarda qlobal əmtəə qiymətlərində davamlı artım fonunda daşınma xərclərinin hazırkı vəziyyətini araşdırıb.
Yükdaşıma gəmilərinin ən iri üç sinfinə dair nəticələri izləyən Baltic Dry indeksi xidmət haqlarının son 10 ildə ən yuxarı səviyyəyə çatdığını göstərir. Beynəlxalq yükdaşımada “Capesize” adlanan və toplam yükgötürmə qabiliyyəti 180 min ton olan ən iri karqo gəmilərində günlük icarə haqqı 42 min dollara çatıb. Clarksons Platou Securities şirkətinə görə bu, bir ay əvvəlki dövrlə müqayisədə iki dəfə, son bir ildə isə 8 dəfə artım deməkdir.
Ötən il pandemiya səbəbindən “söndürülən” qlobal iqtisadiyyat 2021-ci ildə daha sürətli bərpa tempi götürüb və əsas lokomotivlərdən biri olan Çin istehsalatı pik həddinə çatdırmaq üçün maksimum həcmdə dəmir filizini həm hasil, həm də idxal edir. Bu isə iri konteyner və yük gəmilərinə tələbatı sürətlə artırır. “Çinin dəmir filizinə indiyə qədər görünməmiş dərəcədə iştahı qiymət artımında başlıca amildir” - dünyanın ən iri gəmilərinə sahib olan Golden Ocean şirkətinin baş direktoru Ulrik Andersen bildirir. Qlobal mədən sənayesində ən gəlirli metallardan olan dəmirin bir tonu rekord həddə - 230 dollara qalxıb.
İkinci böyük səbəb son 10 ildə - 2008-ci il qlobal maliyyə böhranından sonra gəmi nəqliyyatı sektorunda həddən artıq boş dayanan daşıyıcıların qalmasına görə investisiyaların və yeni iritonnajlı gəmilərin inşasının kəskin azalmasıdır. Norveçin Torvald Klaveness gəmidaşıma şirkətinin direktoru Lasse Kristofessen bu dövrü “itirilmiş onillik”adlandırır. Nəticədə iritonnajlı yük gəmilərinin mövcud tutumu artan tələbatı və sifarişləri qarşılamaqda çətinlik çəkir, qiymətlər yüksəlir. S&P Global Patts araşdırma şirkətinin qlobal konteyner fraxt qiymətləri üzrə eksperti Corc Qriffits hazırda 40 futluq (uzunluğu 12,2 metr, eni 2,4 metr, hündürlüyü 2,9 metr) bir konteynerin daşınma xərcinin 2500-3000 dollar arasında dəyişdiyini bildirir. Bu isə, ötən illə müqayisədə 25-50% arasında artım deməkdir.
Kepler Cheuvreux şirkətinin baş analitiki Peter Haugen bahaşalmanın bu templə davam etdiyi halda, iri gəmilərin gündəlik qazancının il sonuna kimi 100 min dollara çatacağına əmindir.
Olan müştəriyə olur....
Kanada və ABŞ-da məişət və mətbəx əşyalarının ən iri təchizatçılarından olan Danby Appliances şirkətinin baş direktoru Cim Estill qeyd edir ki, yükün təyinat limanına gəlib çıxması bəzən 10 gündən artıq çəkir. Onun qatar və ya iri yükdaşıyanlara boşaldılması və nəqli xərci də nəzərə alınsa, normal halda 350 dollara satılacaq soyuducunun qiyməti əlavə 70 dollar da bahalaşır. Dünyanın bir nömrəli idman malları şirkəti Nike bu ilin birinci rübündə konteyner çatışmazlığı və ABŞ limanlarında logistika problemlərinə görə gəlirlərinin 10% azaldığını bildirib.
Qlobal yükdaşıma qiymətlərinin artmasının yaxın müddətdə ölkəmizə də müəyyən təsirlərinin olacağı qaçılmazdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
9 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
12 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir






.jpg)






.jpg)






