Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gədəbəydən Bakıya su yolu - “Slavyanka” bulağından süfrələrə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gədəbəydən Bakıya su yolu - “Slavyanka” bulağından süfrələrə

Əvvəllər kənddən şəhərə meyvə-tərəvəz, süd məhsulları və digər qidalar daşınırdısa, artıq bulaq suyu da müxtəlif qablaşdırılmalarda meqapolisə ayaq açan məhsullar sırasındadır. Şəhər əhalisinin gün ərzində içdiyi krant suyunu təbii bulaq suyu əvəzləməyə başlayıb. Ev və ofislərə gündəlik sifariş olunan su üçün yüzlərlə kilometr məsafə, sözün həqiqi mənasında, “su yolu”dur. Yay mövsümünün başlanması isə suya tələbatı bir qədər də artırır. Təəssüf ki, su bazarına fırıldaq yolla daha çox pul qazanmaq istəyənlər də daxil ola bilirlər. Bir çox hallarda alıcı qiymətinə görə təbii bulaq suyundan fərqlənməyən, krantdan distillə edilərək doldurulan suları ayırmaqda çətinlik çəkir. Ortaya “hansı suya etibar edək?”, “hansı su təbii mənbədən alınır?” kimi suallar çıxır.

Bu məqsədlə Azərbaycanın su bazarında xüsusi çəkisi olan “Slavyanka” sularının hansı mənbələrdən alınması, qablaşdırılması, bütövlükdə istehsal prosesi ilə tanış olmaq üçün Gədəbəy Mineral Suları Fabrikinə yola düşdük. 

“İri gəmiləri saxlayan” Gədəbəy suyu

Fabrik Gədəbəyin Zəhmət kəndində yerləşsə də, ilk dəfə Slavyanka kəndindəki bulaqdan götürüldüyü adla – “Slavyanka” adı ilə məşhurluq qazanıb. Zamanla fabrikə axan bulaqların sayı, suyun çeşidi, hətta fabrikin adı dəyişib, amma məhsulun keyfiyyəti əvvəlkindən fərqlənmir. Fabrik 2004-cü ildə iki həkim - Nadir İbrahimov və dostu tərəfindən biznes məqsədilə qurulub. Hazırda 2 hektar ərazidə yerləşən müəssisə qazlı və qazsız sudan əlavə, limonad istehsal sahəsini də əhatə edir. 

Bizi fabriklə tanış edən şirkətin təsisçisi və istehsalat müdiri Nadir İbrahimovun sözlərinə görə, Gədəbəyin təbiəti və suyun keyfiyyəti onları bu biznesə başlamağa sövq edib: “Dostumuzla məsləhətləşdik, o dedi ki, iri gəmiləri saxlayan sudur, su hər şeyə qadirdir. Ona görə də su istehsalına başladıq. Bizim fabrikə dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən dağlardan 8 bulaqdan su gəlir. Bunlardan biri - “Novlu bulaq” ana bulaqdır. Bulaq 1827-ci ildə Gədəbəyə gələn almanlar tərəfindən qurulub. “Cəyir” bulaq fabrikin yaxınlığındakı dağın arxa tərəfindən gəlir. Fabrikə bunlarla yanaşı, daha 6 bulaq axır. Hazırda müəssisənin istehsal gücü gün ərzində 250 min litrdir. Bunu 400 min litrə qədər çıxara bilərik.  Ona görə də perspektivdə yeni bulaqların da axtarışı var”.

“Quran” ayələri dinləyən su

İstehsalat müəssisəsində iş prosesi ilə tanışlığımız fabrikinin su deposundan başlayır. Təmizlik və sanitar-gigyenik qaydalara əməl olunan depoya yalnız xüsusi geyimdə daxil olmağa icazə verilir. Bura fabriki qidalandıran bulaqların suyu 2 boru vasitəsilə daxil olur. Borularda suyun temperaturu 11 dərəcədir. Lakin istehsal prosesi ərzində - qablara yığılana qədər suyun hərarəti 14 dərəcəyədək yüksəlir. Bulaqların başında süzgəc torbasından keçən su fabrikdə 700 tonluq izolyasiya olunmuş membran örtüklü anbarlara doldurulur.

Filtrdən keçmiş su bu anbarda bir qədər dincəldikdən sonra ikinci anbara gedir. Bu anbarda uca səslə oxunan “Quran” ayələri diqqətimizi çəkir. Həmsöhbətimiz bunu suyun da canlı olması, yaddaşının olması ilə izah edir. Bu səbəbdən su ilə ilk təmas zamanı xoş söz və alqışlar onun dadına və keyfiyyətinə təsir edir. Elə həmin duaların təsiri altında növbəti xammal-su deposuna daxil oluruq.

Burada su növbəti filtrə - qum və kömür filtrinə daxil olur. Bu mərhələdə suyun asılı maddələri tutulur, fiziki və kimyəvi tərkibinə isə toxunulmur. Daha sonra təmizlənmiş su ultrafiltrə daxil olur. Ən kiçik – 0,2 mikronluq süzgəclərdən keçən sonuncu filtrə çatır. Beləliklə, “Slavyanka” və “Gədəbəy” qazlı və qazsız suları dünyada qəbul olunmuş “İSO” sertifikatının tələblərinə uyğun istehsal edilir. İldə bir dəfə standartın tələblərinə əməl olunub-olunmadığı yoxlanılır və sertifikat yenilənir.

Filtrlər necə təmizlənir?

Fabrik müdiri bildirir ki, filtrlər özləri də təmizləmə yükündən asılı olaraq həftəlik və aylıq olaraq təmizlənir:

“Bəzi filtrlər özləri özlərini təmizləyirlər. Müəyyən qədər suyu təmizləyəndən sonra çirkləndiyini hiss edən filtr özündə tərs yuma aparır. Biz həmin filtrin ildə bir dəfə qum və kömürünü dəyişdiririk. Duran su xarab olduğuna görə anbarda su daim dəyişir. Su bir tərəfdən gəlir və istifadə olunur. Əgər fabrikdə hansısa nasazlıq olsa, anbardakı su çölə atılır və yuyularaq yeni su yığılır. Boruların içi də ayda bir dəfə qaynağa qədər təmizlənir”.

Bütün bu prosesləri keçən su doldurulma mərhələsinə daxil olur. Doldurulma dörd -  19 litrlik evlərə çatdırılma suları; 19 litrlik petlər (bir dəfəlik istifadə üçün); 3,5,8 litrlik və sonuncu 0,33, 0,5 və 1 litrlik xətlər üzrə həyata keçirilir.

Şirkətin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Selim Karanın sözlərinə görə, su qabları əvvəlcə gözlə kontrol edilir, iyi yoxlanır, sonra çölü və içərisi təmassız yuyulur. Qabın içərisi 65 dərəcədə xüsusi maye ilə yuyularaq yaxalanır. Fabrikdə çatdırılmada istifadə olunan hər bir su qabı standartlara uyğun – 30 dəfəyədək işlədilir. 

Diqqət çəkən bir məqam da bütün bu prosesin avtomatlaşdırılması, əl dəymədən doldurularaq qapaq, tarix və və etiketin vurulmasıdır. 

“Şahid” anbarı və laboratoriya

“Gədəbəy Mineral Suları” MMC-nin istehsal etdiyi məhsullar fabrikin laboratoriyasında mikrobioloji və fiziki-kimyəvi qurğular vasitəsilə analiz olunur.

Laborotoriya müdiri Şahmurad Quliyevin sözlərinə görə, məhsullar “AZS 216-2006” içməli mineral süfrə suyu adı altında satışa buraxılır. Bütün məhsulların hər bir çeşidində bu dəyərlər qorunur:

“İstehsalat günü ərzində hər saatdan bir suyun analizi həyata keçirilir. Məqsədimiz odur ki, suyun fiziki-kimyəvi, mikrobioloji çirklənməsi norma həddini keçməsin, təmiz olsun. Bizim laboratoriyada təyin edə bilmədiyimiz analizlər digər akkeritasiyadan keçmiş laboratoriyalarda ən azı 6 ayda bir dəfə analiz olunur. Standarta uyğun gəlməyən hallar olduqda, istehsal durdurulur, problem varsa, araşdırılır və həll olunur. Həftədə 1 dəfə mikrobioloji analiz götürülür. Fiziki-kimyəvi analiz isə bir saatdan bir götürülür”.

Həmçinin öyrənirik ki, fabrikdə şahid anbarı da var. Burada istehsal xəttindən hər saatda bir qab su götürülərək saxlanılır. Əgər bir müddətdən sonra suda hər hansı problem çıxarsa, gətirilib anbardakı su ilə tutuşdurulur.

Niyə “Slavyanka” və “Gədəbəy” suyu?

Fabrik müdiri N. İbrahimovun sözlərinə görə, Gədəbəy suyunun həm minerallığı, həm də turşu-qələvi balansı (PH) standartlara uyğundur. Suyun əsas özəlliklərindən biri də tərkibində olan metasilikat turşusu ilə əlaqədardır: “Bu turşu həm böyrək daşlarına, həm də öd yollarına çox faydalıdır. Suyun minerallığı 180-dir. Minerallıq çox da, az da zərərlidir. Norma isə 150-250/300 arasıdır və bizim su normaya uyğundur. Azərbaycanda bəzi su və içkilər su içənlərin ağız tamını dəyişib. Ona görə də minerallığı çox olan suyu bəzən qəbul eləmirlər. Bəziləri deyirlər ki, çay içdik üzərində “klyonka” əmələ gəldi və ya çaydanda ərp əmələ gəldi. Mineral suda bunlar olmalıdır. İnsan orqanizmi sudan qurulub, beynin 93 faizi sudur. Gərək ora normal su verəsən. Mineralı olmayan suda beyin qidalanmır. Gədəbəy suyunun bütün analizlərdə suyun tərkibində yod izləri müəyyən olunub”.

Məlum olur ki, bu su markasının digər sularla müqayisədə bahalı olması Gədəbəy suyunun qiymətli olması ilə əlaqədardır. Belə ki, “Slavyanka və “Gədəbəy” suları hazırda işğaldan azad olunmuş Qarabağ bölgəsinin suyu ilə eyni tərkiblidir. Digər tərəfdən isə suyun bahalı olması Gədəbəyin mərkəzdən uzaq olması və logistika xərcləri ilə bağlıdır.

“Slavyanka” həm də limonad brendidir

Növbəti ünvan isə müəssisənin ikinci – limonad istehsal edən istehsalat sahəsidir.  Burada 5 çeşiddə - düşes, tərxun, üzüm, feyxoa və limon limonadları istehsdal olunur. Həçinin əlavə 2 çeşidin də istehsalı gözlənilir.

Şirkətin Türkiyənin aparıcı su istehsalçılarında çalışmış mütəxəssisi - Keyfiyyətə nəzarət şöbəsinin müdiri Selim Kara bizi əvvəldən sonadək avtomatlaşdırılmış proseslə yerində tanış edir: “Müəssisədə limonadın hazırlanmasında tamamilə təbii şəkərdən istifadə edilir. Təbii şəkər 65-70 dərəcədə temperatura əridilir, pasterizə edilir, qarışıq halına gətirilir. Daha sonra təkrar temperaturunu 15 dərəcə edib “premiks” deyilən qarışma cihazına göndərilir, orada karbon-dioksidlə və su ilə qarışdırılır. Plastik və şüşə qablar əl dəymədən yuyulur və doldurulur. Qapağı da avtomatlaşdırılmış şəkildə qoyulduqdan sonra etiketlənmə mərhələsinə göndərilir. Şirkətin ortalama 50 min litrə qədər limonad tutumu var. Pandemiya ilə bağlı hazırda bu rəqəm 12 min civarında olsa da, əvvəlki vəziyyətə tezliklə qayıdacağımıza ümid edirik”.

Şirkətin icraçı direktoru Adil Haqverdiyev isə şirkətin hədəfləri və gələcək planlarından danışır. O, bildirir ki, hazırda istehsalat müəssisəsində 50 nəfər işçi var və onların 95 faizi yerli sakinlərdir. Şirkətin 15 min aktiv müştərisi, ümumilikdə 30 min nəfərlik müştəri bazası var. Lakin bazarın böyümə trendi var və müəssisə qarşısına daha çox çatdırılma etməyi hədəf qoyub: “Biz istəyirik insanlar bilsinlər ki, həqiqətən onların suyu Gədəbəyin bulaqlarından gəlir. Bizim qiymətimiz də çox rəqabətcildir. Bakıda doldurulan suların 19 litri 2,5-3 manata başa gəlirsə, bizdə 3,80 manatdır. Arada 80 qəpik fərq var, amma bizim suyumuz daha keyfiyyətlidir və təbiidir. Gələn illə bağlı yeni istehsal planlarımız var, yeni məhsul çeşidləri nəzərdə tutmuşuq. Pandemiyadan sonra bazar yüksəlmə trendində olacaq. Çalışacağıq ki, onu qarşılaya bilək. Hazırda Qarabağda gedən yenidənqurma işlərində şirkətlərin suyunu biz təmin edirik. Bu özü ciddi işdir, biz həm Azərbaycanı əhatə edən şəbəkənin olması, həm tanınırlığa və keyfiyyətli məhsula görə, həm də korporativ əlaqələri güclü olması baxımından tək şirkətik”.

Fabriki su ilə təmin edən bulqaqların təhlükəsizliyi də şirkət üçün əhəmiyyət kəsb edir. 1 metr dərinlikdə olan boruların bulaqdan qidalandığı hissə hasara alınıb və təhlükəsizlik məqsədilə kameralar qoyularaq 24 saat ərzində nəzarət olunur.

"Qafqazinfo"

Gədəbəy Mineral Sular Slavyanka Adil Haqverdiyev Nadir İbrahimov
10.06.2021 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ