Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyənin iri qida şirkəti ABŞ şirkətinə satıldı

"Kibar Holding", Türkiyənin ən böyük ketçap, mayonez və sous istehsalçısı "Assan Gida"nın ABŞ şirkəti "The Kraft Heinz"ə satılması üçün müqavilə imzalayıb. ABŞ şirkəti "Assan Gida" üçün 100 milyon dollar ödəyəcəyini açıqlayıb. 2015-ci ildə "Kraft" və "Heinz"in birləşməsi ilə qurulan ABŞ şirkəti, keçən il dünya bazarında 26 milyard dollarlıq dövriyyəsi ilə dünyanın ən yaxşı 5 ərzaq şirkəti arasında yer alır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin iri qida şirkəti ABŞ şirkətinə satıldı

ABŞ şirkəti "Kraft Heinz" "Assan Foods" şirkətini Türkiyənin "Kibar Holding"dən təxminən 100 milyon dollara satın alır.

Marja xəbər verir ki, "Kraft Heinz"in yaydığı açıqlamada razılaşmanın 2021-in ikinci yarısında tamamlanması gözlənilir. 

Reklam_3_11

"Kingtom", "Colorado", "Oba" kimi markaların sahibi olan "Assan Foods"un təxminən 400 işçisi var.

"Assan Foods"  "Kibar Holding’" tərəfindən 1998-ci ildə, sous istehsalında istifadə edilən sənaye pomidorunun ən çox yetişdirildiyi bölgə olan Karacabey düzənliyinin yanında, Susurlukda qurulub. Sektora ilk olaraq pomidor emalı və pomidor sousu istehsalı ilə addım atan şirkət 2000-ci ildə ketçap, 2002-ci ildə mayonez və sous növləri istehsalına başlayıb.

Şirkətin portfelində pomidor və bibər sousu, ketçap, mayonez və müxtəlif souslar olmaqla 300-dən çox məhsul var.

2013-ci ilin fevral ayında tanınmış iş adamı Warren Buffett və "3G Capital" şirkəti, ketçupu ilə məşhur olan "Heinz"i 23 milyard dollara satın almış  və şirkət 2 il sonra "Kraft" ilə birləşərək "The Kraft Heinz Co." adını almışdır. Bütün dünyada 40 minə yaxın işçisi olan "Kraft Heinz", keçən ili 26 milyard dollarlıq satışı ilə bağlayıb. ABŞ şirkəti eyni zamanda dünyanın 5-ci ən böyük qida və içki şirkətidir. 

Kraft Heinz
11.06.2021 19:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ