Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Aston Martin dilerləri məhkəməyə verir - 14 milyon dollar “atıblar”

Şirkət qiyməti 3,5 milyon dollar olan dünyanın ən güclü mühərrikli avtomobilini bu il buraxacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aston Martin dilerləri məhkəməyə verir - 14 milyon dollar “atıblar”

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin ən yeni modeli Valkyrie-nin İsveçrədəki dilerlərini məhkəmə verir.

Marja xəbər verir ki, səbəb Nebula Project şirkətinə məxsus dilerlərin bu il istifadəyə veriləcək model üçün topladığı  vəsaiti Aston Martindən gizlətmələridir.

Lüks idman avtomobillərinin, eləcə də F1 yarış bolidlərinin istehsalçısı məhdud sayda - cəmi 150 ədəd 2 qapılı kupe və 30 ədəd yarış variantını buraxacağı Valkyrie üçün qiyməti təxminən 2,5 milyon funt (3,5 milyon dollar) müəyyənləşdirib. Avtomobilin bu ilin sonuna kimi müştərilərin ixtiyarına veriləcəyi planlaşdırılır.

6,5 litrlik, 685 kVatlıq mühərrikə malik yeni model ən güclü avtomobil hesab olunur. 97 km/saat sürəti cəmi 2,6 saniyəyə yığacaq modelin sifarişləri üçün ödənişlər öncədən qəbul olunurdu. Astom Martin dilerlərin 10 milyon funt (13.8 milyon dollar) vəsaiti müştərilərdən aldığı halda ona ötürmədiyini iddia edir.

Valkyrie-nin bazasında yığılacaq daha bir superavtomobil - Valhala bu ilin payızında premyerası olacaq Ceyms Bond blokbasterinin yeni seriyası - No Time to Die-da izləyicilərin görüşünə gələcək.

Aston Martin
22.06.2021 12:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ