OPEC + danışıqları ləğv edildi, neft daha da bahalaşdı
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun 18-ci Nazirlər Yığıncağı, istehsal siyasətindəki anlaşılmazlıq səbəbi ilə ləğv edildi. 13 üzvlü OPEC ilə OPEC-ə üzv olmayan neft istehsal edən 10 ölkənin energetika və neft nazirləri, avqust ayından etibarən tətbiq olunacaq istehsal siyasətini müəyyənləşdirmək üçün bu gün video konfrans yolu ilə üçüncü dəfə danışıqlar aparacaqdılar, ancaq üzv ölkələr arasındakı anlaşılmazlıq səbəbilə yığıncaq baş tutmadı. Yeni yığıncaq tarixi qarşıdakı günlərdə açıqlanacaq.Brent neftin qiyməti, OPEC + danışıqlarının ləğvi ilə əlaqədar 2018-ci ilin 29 Oktyabr tarixindən bəri ilk dəfə 77 dolları keçib. Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 22:57-də Brent nefti 1,3% bahalaşma ilə 77,16 dollardan ticarət olunub.
Sonuncu dəfə Brent markalı neftin bir barelinin qiyməti 77 dolları 29 oktyabr 2018-ci il tarixində keçmişdi.
Neftin bahalaşmasına OPEC + ölkələrinin nazirlərinin 5 iyul tarixinə planlaşdırılan görüşünün ləğv edilməsidir.
OPEC + ölkələrini təmsil edən nazirlərin 5 iyul tarixli toplantısının ləğv edilməsi qərarı Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Abdel Əziz bin Salman və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksander Novak-ın apardıqları danışıqlardan sonra verilib. Toplantının ləğvi ilə əlaqədar OPEC baş katibi Məhəmməd Barkindo OPEC + nümayəndə heyətlərinin başçılarına məktub göndərib.
"Yeni iclasın tarixi açıqlanacaq və sizə məlumat verəcəyik", - məktubda deyilir.
Nazirlər konfransının sədri və həmsədri adından Barkindo iclasın ləğvi ilə əlaqədar narahatlığa görə üzr istəyib.
Bir neçə mənbə, OPEC + ölkələrinin yeni bir qərar qəbul edilənə qədər mövcud istehsal səviyyələrinə sadiq qalacaqlarını söyləyib. Mövcud müqaviləyə əsasən, OPEC + ölkələri may ayından iyul ayının sonuna qədər neft hasilatını 2,1 milyon barel həcmində bərpa edirlər. Yəni, iyulun sonunda hasilatın azaldılması gündəlik 5.7 milyon barel təşkil edəcək.
Bu gün iclas Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi, lakin nazirlər arasında qeyri-rəsmi telefon danışıqları səbəbindən iclas təxirə salındı. İki saatdan çox müddətdən sonra nümayəndə heyətləri bu gün heç bir rəsmi iclas olmayacağını bildirməyə başladılar.
Müttəfiqlər hasilatın bərpa edilməsini avqust ayından etibarən davam etdirməyi və bu ilin sonuna qədər bazara 2 milyon barel əlavə neft təklif etməyi planlaşdırırdılar, lakin razılaşmanın hansı parametrlər ilə uzadılması barədə razılığa gələ bilmirlər.
Cümə axşamı və cümə günü aparılmış danışıqlarda avqust-dekabr dövründə neft istehsalının hər ay gündəlik 400 min barel artırılması (5 ayda cəmi 2 milyon barel) və mövcud hasilatın azaldılması razılaşmasının 2022-ci ilini sonuna qədər uzadılması təklifi üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəklənərkən, danışıqlar Birləşmiş Ərəb Əmrliklərinin "istehsal kvotasının artırılması" istəyi səbəbiylə nəticəsiz qalır.
Həmçinin oxu
OPEC + neft ittifaqı parçalanmaq ərəfəsindədirMüştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















