Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft həftəinin ilk günü daha da bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft həftəinin ilk günü daha da bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft, tələbin artması, təklifin təxminən dəyişməz qalması və Avropada təbii qaz qiymətlərinin yüksəlməsi ilə bahalaşır. Brent neftin qiyməti 3 ilin ən yüksək səviyyəsinə çatıb.

Marja xəbər verir ki, Brent neftinin qiyməti həftənin ilk əməliyyat günündə 1,2% bahalaşma ilə 79,05 dollardan ABŞ xam nefti (WTI) də 1,3% bahalşama ilə 74,95 dollardan ticarət olunub.

Reklam_3_11

Brent markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 79 dollar/barel səviyyəsini keçir. 

Avropada təbii qaz kəsiri və qiymətlərin yüksəlməsi sərmayə banklarının neft qiyməti proqnozlarını yenidən nəzərdən keçirmələrinə səbəb olur.  "Goldman Sach"sa görə əgər bu qış "normaldan daha soyuq keçsə" neft qiymətləri 85 dollara qədər qalxa bilər. Bankın mövcud il sonu proqnozu 80 dollar səviyyəsindədir.

Analitiklər bildirirlər ki, hava sürətlə enerji bazarlarında ən əhəmiyyətli faktora çevrilir. Şimal yarımkürəsi qışı rekord aşağı qaz ehtiyatları və misli görünməmiş qiymətlərlə qarşılayır. Avropada və Asiyada təbii qazın min kubmetr üçün qiymət 1000 dollara yaxınlaşıb. Bahalı qaz, Avropada kömür də daxil olmaqla digər daha əlverişli enerji mənbələrinə olan tələbatı artırıb.

Enerji böhranı təhlükəsi altında Avropa ölkələri bu qışı mazutla keçirməli ola bilər. Qış iqlim normasından daha soyuq keçəcəyi təqdirdə, neftə olan tələbat gündə 2 milyon barel artıracaq. Elektrik enerjii istehsalında neftdən istifadə artacaqdır.

Sənaye müəssisələrinin və neft emalı zavodlarının da neftə tələbatının daha da artıracağı və qiymətin 100 səviyyəsinə çata biləcəyi nəzərdə tutulur.

Tələbin artacağı ehtimalı ilə bərabər, istehsalda gözlənilməz fors -major yaranıb: ABŞ-ın cənub-şərqini vuran İda qasırğasından sonra Meksika Körfəzində onlarla qazma platforması boş dayanmağa davam edir. Amerikanın neft istehsalı sentyabrın əvvəlində gündəlik 11,5 milyon barreldən 10 milyona düşüb.

ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 8 həftə azalıb və ümumi həcmi əvvəlki beş illik ortalamadan 21% aşağıdır.

27.09.2021 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ