ABŞ tarixində ilk defolt riski - hökumət fəaliyyətini dayandıra bilər
Bayden isə çarəsizdir: Respublikaçılar onun iqtisadi gündəmini alt-üst edib....
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə defolt riskinə yaxındır.
Marja xəbər verir ki, çox şey bu həftə ərzində qanunverici orqanda -Konqresdəki səsvermələrdən asılıdır.
Konqresin Nümayəndələr Palatası bir neçə saat öncə hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-ə səs çoxluğu ilə). Bu, ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan verəcək.
Lakin, işin hələ yarısı tamamlanıb. Çünki sənəd daha sonra Konqresin digər palatasında - Senatda səsverməyə qoyulmalı və təsdiqləndikdən sonra imzalanmaq üçün prezident Baydenə təqdim edilməlidir. Hazırda Konqresin hər iki palatasında nisbi üstünlüyə malik iqtidardakı partiya - Demokratlar sənədi ən qısa zamanda Senatda da təsdiqlətdirmək niyyətindədirlər. Əzəli rəqibləri - Respublikaçılar ABŞ-ın artıq 28,4 trilyon dollara çatan borc yükünü daha da artırmağın əleyhinədir.
Xatırladaq ki, sentyabrın 21-də Nümayəndələr Palatası həm borc limitinin götürülməsi, həm də hökumətin fəaliyyətinin müvəqqəti maliyyələşdirilməsinə dair ümumi qanun layihəsini təsdiq etmiş, lakin Respublikaçılar sentyabrın 27-də sənədin Senatda qəbulunu bloklamışdılar.
Əgər Respublikaçılar bu dəfə də borc limitinin götürülməsi təklifini təsdiq etməsələr, bu zaman Demokratlar sadə səs çoxluğu üsulu ilə təkrar səsvermə keçirməlidir. Bu isə vaxtı uzada və həm ABŞ-ın maliyyə öhdəliklərinin yerinə yetirilməsini ləngidə, həm hökumətin maliyyələşdirilməsini dayandıra, həm də iş yerlərinin bağlanmasından tutmuş iri maliyyə-iqtisadi böhranına gətirib çıxara bilər. Maliyyə naziri Canet Yellen artıq son bir ayda dəfələrlə borc limitinin götürülməsinin vacibliyini vurğulayıb, əks təqdirdə defolt riskinin qaçılmaz olduğunu bildirib. Yellen son açıqlamasında xəzinədə pulun oktyabrın ortalarında tükənəcəyini qeyd edib.
ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Ən son belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və Standard&Poors reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb.
Baydeni qarşıdakı aylarda 2 daha ciddi sınaq gözləyir: 1 trilyon dollarlıq infrastruktur investisiya proqramının və 3,5 trilyon dollar həcmində sosial dəstək paketinin təsdiqlənməsi. Hələlik bu mövzuda həm Respublikaçılar ciddi müqavimət göstərir, həm də Demokratların arasında ciddi fikir ayrılıqları var....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
5 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
57 d. sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
37 d. sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
15 d. əvvəl
"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb
-
31 d. əvvəl
"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb
-
57 d. əvvəl
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir
-
1 saat əvvəl
Mərkəzi Bank ödəniş sistemlərində tarifləri endirdi – Yeni xidmət haqları müəyyən edildi
-
1 saat əvvəl
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi- 2 və 1.5 dəfə endirilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Xalq Bank 3-cü rübün yekunlarını açıqladı
"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb
"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb
Ən çox oxunanlar
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları müəyyən edildi – 1 apreldən qüvvəyə minir
Mərkəzi Bank ödəniş sistemlərində tarifləri endirdi – Yeni xidmət haqları müəyyən edildi
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi- 2 və 1.5 dəfə endirilib
“Geely” Avropada satış rekorduna imza atıb – Bir ayda 10 mindən çox avtomobil satılıb
Tramp Qrenlandiyada nəhəng neft, qaz və mineral ehtiyatlarının axtarışına başlanacağını elan etdi
Qızıl üçün mühüm gün - ABŞ-da açıqlanacaq məlumatlar qızılın istiqamətini dəyişə bilər
“Nvidia” Avropaya daha 2 milyard dollar investisiya yatıracaq – Ümumi məbləğ 10 milyard dollara çatacaq






















