Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Nərimanov"da ticarət obyektlərində baş verən yanğın söndürülüb - FOTO, VİDEO, YENİLƏNİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nərimanov"da ticarət obyektlərində baş verən yanğın söndürülüb - FOTO, VİDEO, YENİLƏNİR

Mertonun "Nərimanov" stansiyasının yaxınlığındakı ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Reklam_3_11

XXX

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.

Məlumata görə, hazırda soyutma işləri aparılır.

XXX

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

XXX

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərində başlayan yanğın genişlənib.

Məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

XXX

Məlumatına görə, yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb. Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.

DYP Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən bildirilib ki, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

"Vətəndaşlara müraciət edirik ki, qeyd edilən ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasına qədər bağlı olacaq", - DYP-dən bildirilib.

XXX

BNA: "Yanğın səbəbilə bir sıra marşrut xətlərinin hərəkət istiqaməti dəyişdirilib"

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.

XXX

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

XXX

Hazırda mağaza sahibləri yerdə qalan mallarını mühafizə etmək məqsədilə obyektlərdən çıxarırlar.  Sahibkar deyir ki, hər mağazada ən azı 50-60 min manatlıq malları olub. 

 

16.10.2021 09:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ