Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Elman Rüstəmov "Manat yenidən ucuzlaşacaq" xəbərlərinə reaksiya verdi

Mərkəzi Bankın sədri Elman Rüstəmov yenidən devalvasiya olacağı barədə səsləndirilən fikirlərə münasibət bildirdi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Elman Rüstəmov "Manat yenidən ucuzlaşacaq" xəbərlərinə reaksiya verdi

2021-ci ilin sonunadək, həm də 2022-ci ildə Manata, onun ucuzlaşması istiqamətində heç bir təhdid və təzyiq yoxdur.

Marja xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov qeyd edib ki, hazırda Azərbaycan Manatına onun bahalaşması istiqamətində təzyiq var:

"Bu il neft qiymətləri yüksəkdir. Azərbaycanın ixracı, o cümlədən qeyri-neft ixracı artır, idxalı isə daha zəif sürətlə artır. Biz 2021-ci ilin sonunda tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bütün beynəlxalq təşkilatlar neft qiymətləri üzrə proqnozlarını artırıblar. Azərbaycanın yeni makro-iqtisadi proqnozları və 2022-ci ilin dövlət büdcəsi neftin qiyməti 50 dollar götürülərək hesablanmışdır. Bütün hesablamalar Manatın mövcud məzənnəsi ilə (Dollar/Manat - 1.70 AZN - red) aparılıb. Nə bu il, nə də gələn il üçün Manatın dəyərdən düşməsi istiqamətində bir təhdid görünmür, əksinə cari situasiyada Manatın möhkəmlənməsi (bahalaşması - red) istiqamətində təzyiq var". 

Elman Rüstəmov əlavə edib ki, bu il keçirilmiş valyuta hərraclarında banklara təxminən 4,9 milyard dollar satılıb. Dövlət Neft Fondu hərracda təklif etdiyi valyutanı tam sata bilmir və qrafikdən 1,2 milyard dollar geri qalır.

29.10.2021 11:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ