“Kinopoisk” platformasının dəstəyi ilə Azərbaycanda ilk dəfə “Rusiya Film Festivalı” keçiriləcək
“Rusiya Film Festivalı” çərçivəsində bir ay ərzində xidmət istifadəçilərinə pulsuz təqdim olunacaq səkkiz rus filmi xüsusi olaraq Azərbaycan dilində alt yazılarla təqdim ediləcək.Rusiyanın ən böyük onlayn kinoteatrı “KinoPoisk” platformasının, Azərbaycan və Rusiya Mədəniyyət Nazirliklərinin və ROSKINO-nun dəstəyi ilə Azərbaycan tamaşaçısı üçün ilk dəfə onlayn formatda “Rusiya Film Festivalı” (RFF) keçiriləcək.
Son illərin istehsalı olan səkkiz rus filminin nümayiş etdiriləcəyi Festival Noyabr ayının 8-dən Dekabr ayının 5-dək “KinoPoisk” platformasında onlayn rejimdə təşkil olunacaq.
ROSKINO-nun baş direktoru Yevgeniya Markova Festival barədə danışarkən Rusiya və Azərbaycanın mədəniyyət sahəsində çoxdankı tərəfdaş olduğunu bildirib:
“Uzun illərdir ki iki ölkə arasında “Mədəniyyət günləri” adlı genişmiqyaslı mübadilə layihəsi həyata keçirilir və indi “Rusiya Film Festivalı” da mədəni dialoqun mühüm hissəsinə çevriləcək. Bundan əlavə, Festival Rusiya kinosu ilə Azərbaycanın fəal inkişaf edən kino sənayesi arasında ünsiyyəti yeni səviyyəyə qaldırmağa kömək edəcək. Biz görürük ki, həmkarlarımız ölkədə kinonun inkişafında çox çalışırlar. “Filming Azerbaijan” komissiyasının yaradılması, dünya VOD platformaları ilə əməkdaşlıq buna nümunədir. Əminəm ki, bizim birgə istehsalın inkişafı üçün böyük potensialımız var”.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə Azərbaycan və Rusiya arasında tarixi əlaqələrin yüz illərdir davam etdiyini vurğulayıb:
"İki ölkənin mədəniyyət, o cümlədən film sahəsində məhsuldar əməkdaşlığı var. Cari ilin dekabr ayında "Moskva Premyerası" kinofestivalında Azərbaycan müasir kinosunun genişmiqyaslı retrospektivi keçiriləcək. Azərbaycanın paytaxtında isə mütəmadi olaraq Rusiya film həftələri və günləri keçirilir. 2021-ci il də istisna deyil, tezliklə "Rusiya Film Festivalı" start götürəcək. Əminəm ki, Festival Azərbaycan izləyicisində böyük marağa səbəb olacaq".
“Yandex Media Services”in məzmun direktoru Olqa Filipuk isə Azərbaycandakı abunəçilərinin hər birinin festival proqramında maraqlı filmlər tapacağını və yeni istedadlı müəllifləri kəşf edəcəyini bildirib: ““KinoPoisk” kataloquna çıxışı da ehtiva edən “Yandex Plus” abunə proqramı bu ilin yazında Azərbaycanda istifadəyə verilib. Bu müddət ərzində biz istifadəçilərin müasir rus kinosuna böyük marağını gördük və buna görə də festival proqramını inkişaf etdirərək son illərin ən maraqlı premyeralarını mümkün qədər geniş çeşiddə toplamağa çalışdıq”.
“Rusiya Film Festivalı” çərçivəsində bir ay ərzində xidmət istifadəçilərinə pulsuz təqdim olunacaq səkkiz rus filmi xüsusi olaraq Azərbaycan dilində alt yazılarla təqdim ediləcək.
RFF proqramına beynəlxalq auditoriya üçün hitə çevrilmiş məşhur rus filmləri daxildir. Yeqor Abramenkonun "Sputnik"i (2020) yüksək büdcəli fantastik qorxu filmidir. Filmdə fədakar həkim Tatyana Klimovadan və onun yadplanetli məxluqun əsarətinə düşən astronavtı xilas etmək cəhdlərindən bəhs edilir. Film artıq beynəlxalq uğur qazanıb və hətta, filmin Amerika remeyki iTunes siyahısında zirvədə olub. Proqramda olan Aleksandr Moloçnikovun “Ona de” filmi (2020) isə ölkələrə və şəraitə görə bölünmüş ailə haqqındadır. Valideynləri ayrılan rejissorun özü iki ölkədə, Rusiya və ABŞ-da yaşayıb. Rejissor təcrübələrinə əsaslanıb inanılmaz dərəcədə səmimi ailə dramı çəkib.
Festivalda Filipp Yuriyevin “Balina oğlanı” (2020) macəra dramı da təqdim olunacaq. Film 2020-ci ildə “Venesiya Film Festivalı”nda “Giornate degli Autori” proqramının ən yaxşı filmi seçilib, həmçinin, “Kinotavr”da bir neçə mükafat qazanıb.
Roman Vasyanovun “General” (2021) dramı da festivallarda uğur qazanıb. Süjet Aleksey İvanovun “Qan üzərində yataqxana” romanı əsasında hazırlanıb . Film tələbələrdən birinin gözlənilmədən intiharı ilə həyatları tarazlıqdan çıxan tələbə yataqxanasındakı bir qrup dost haqqındadır. Filmin premyerası 24-cü “Şanxay Beynəlxalq Film Festivalı”nda keçirilib.
Kino tənqidçilərindən yüksək rəylər alan Andrey Boqatıryovun "Qırmızı Kabus" (2020) adlı filmi də Festivalda var. Filmdə hərbi triller janrında rus kinosunun yüksələn ulduzu Yuri Borisovun simvolik rolu var. Digər tarixi film Avdotya Smirnovanın “Bir yerin hekayəsi”dir (2018). Film XIX əsrdə məşhur rus yazıçısı Lev Tolstoyun özünün də iştirak etdiyi hərbi cinayət hadisələrindən bəhs edir.
Həmçinin, “Rusiya Film Festivalı”nda uşaqlarla birlikdə izləmək üçün ailə filmləri də təqdim olunacaq. Nümayişə çıxdığı ilk həftədən Rusiyada kassa hitinə çevrilən Oleq Poqodinin “Balaca donqarlı at” (2020) filmi Azərbaycan tamaşaçısını ən parlaq rus nağıllarından birinin müasir adaptasiyası ilə tanış edəcək. Nəhayət, Anastasiya Popovanın "Baykal. Yumanın heyrətamiz sərgüzəştləri" (2020) filmi isə təkcə tənha kiçik suitinin cəsarət və mətanət hekayəsini deyil, həm də Sibirin gözəlliklərini göstərəcək.
Qeyd edək ki, “Rusiya Film Festivalı” Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ROSKINO tərəfindən təşkil olunan geniş beynəlxalq auditoriyaya yönəlmiş ilk onlayn layihədir. RFF xarici tamaşaçıları bədii, sənədli filmlər, teleseriallar və animasiyalar olmaqla müasir rus məzmununun müxtəlifliyi ilə tanış etmək məqsədi daşıyır. 2020-ci ildə Festival dörd ölkədə - Avstraliya, Meksika, İspaniya, Braziliyada keçirilib. 2021-ci ildə Argentina, Çili, Uruqvayda başlayan RFF, daha sonra Qazaxıstan, Cənubi Koreya, Braziliya, Çin, Meksika, Özbəkistan, İsrail və Qırğızıstanda davam edən Festival artıq 200 mindən çox tamaşaçı toplayıb.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 51 d. əvvəl
-
58 d. əvvəl
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
-
1 saat əvvəl
THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
-
1 saat əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
2 saat əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
Ən çox oxunanlar
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb




















