Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycanda əminliklə sərmayə qoyulacaq bizneslərin sayı çox deyil" - MÜSAHİBƏ

"Bəzi süquta uğrayan iri şirkətləri nəzərdən keçirərkən bu nəticəyə gəlmək olar ki, yalnız pul vəsaiti özü özlüyündə biznesin inkişafına kömək etmir. Bu gün pul vəsaitindən başqa digər amillər də gərəklidir. Bu “digər amillər” biznesin böyüməsinin əsas hissəsidir. İlk növbədə insan resurslarını qeyd etmək lazımdır. Bundan əlavə, Azərbaycan şirkətlərinin əksəriyyətində beynəlxalq audit təcrübəsi mövcud deyildir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda əminliklə sərmayə qoyulacaq bizneslərin sayı çox deyil" - MÜSAHİBƏ

(®) COVİD -19 pandemiyasından sonra iqtisadiyyatın bir çox sahələrində bərpa və yüksəlmə tendensiyası müşahidə olunur. Eyni zamanda son 2 il ərzində dünyada baş verən hadisələr nəticəsində bir çox ölkələrin (və hətta regionların) iqtisadiyyatlarında qlobalizasiya meyllərini dəyişərək əsasən lokalizasiyaya üstünlük verirlər və bu öz növbəsində biznes proseslərin, xammal və satış bazarlarının dəyişməsinə təsir edir. Bu kimi dəyişikliklərlə uyğunlaşmaq üçün bir çox bizneslərin post-pandemiya dövründə çevik ixtisaslı peşəkar komandaya və əlverişli kapitala zəruriyyəti artmaqdadır. Bu zəruriyyəti qarşılaya biləcək özəl sərmayə (private equity) fondları və investorların resurslarını nəzərdən keçirmək olar. Azərbaycanda bu sahədə çalışan bir neçə uğurlu peşəkar komandalar var. Onlar müxtəlif investorların sərmayələrini birləşdirərək vəsaitləri böyümə potensiallı şirkətlərə yatıraraq idarəetməyə qatılırlar və portfel şirkətin (investisiya yatırımı edilmiş şirkətin) dəyərinin artırılmasına çalışırlar.

Azərbaycanda özəl sərmayələr sahəsinin potensialı və perspektivləri barədə Blackgarden Advisory / M&A /  Private Equity şirkətinin ortaqları Emin KərimovElçin Abdullayev danışdıq.

Marja: Emin bəy, Elçin bəy özəl sərmayə (private equity) fondları vəsaitəsilə maliyyələşmənin xüsusiyyətləri izah edə bilərsinizmi?

Emin Kərimov: Fəaliyyəti dövründə istənilən şirkət resursların və kapitalın çatışmazlığı ilə üzləşir, xüsusi ilə də son dövrlərdə COVİD-19 pandemiyasının təsiri altında. İnkişafda maraqlı olan şirkətlərin də effektiv böyüməsi üçün kapitala ehtiyacı vardır. Sözügedən vəziyyətdə biznes kreditləşdirilməsi əlverişli kapital mənbəyi olmaya bilər və  biznes üçün əlavə maliyə yükü yarada bilər. Alternativ kapital mənbəyi kimi özəl sərmayə kapitalını (private equity) qeyd etmək olar ki, burada sahibkar biznesinin inkişafı üçün lazım olan kapitalı private equity investordan cəlb edir. Qeyd etmək lazımdır ki, hazırkı kontekstdə “fond” sözü qeyri-kommersiya (xeyriyyə) təşkilatı anlamını deyil, “kapitalların birləşdirilməsi” mənasını daşıyır.

Elchin Abdullayev: Özəl sərmayə (Private Equity (PE) — kapitalın bilavasitə formalaşmış müəssisələrə (portfel şirkətə) qoyulmasını nəzərdə tutan investisiya  üsuludur. Özəl sərmayə fondları investisiyalar üçün pul vəsaitini müxtəlif investorlardan, həmçinin maliyyə institutlardan yığırlar. İlk özəl sərmayə və vençur kapitalı fondları qərbdə 70-ci illərdə yaradılmışdır və bir çox uğurlu biznes sahələrinin, habelə ümumiyyətlə sahibkarlığın inkişafına müsbət təsir göstərmişdir. Qərb ölkələrində bu mövzuda xeyli araşdırmalar aparılmışdır. Sübut olunmuşdur ki, bir qayda olaraq özəl sərmayələr investisiyaları ilə şirkətlər daha tez inkişaf edir. Bizə yaxın Şərqi Avropa və Orta Asiya regionunda Türkiyənin özəl sərmayə fondları müsbət nəticələr göstərirlər. Biz inanırıq ki, Azərbaycanın özəl sərmayə fondlarının da regionda böyük potensialı var.

Azərbaycanda özəl sərmayə bazarı 2010-cu ildən başlayaraq inkişaf etməyə başlamışdır. İlkin mərhələdə bu əsasən peşəkar komandaya sahib olan fərdi investorlar formatında idi. Hazırda isə investorların iştirakı ilə təşkil olunan fondları idarə edən peşəkar heyyətlər var. Bu gün investorların əksəriyyəti investisiyalarını şirkətin başlanğıc mərhələsində deyil, şirkət öz fəaliyyət davamlılığını təsdiq etdikdən sonra yatırılmasına üstünlük verir. Biznesin inkişafına qoyulan  sərmayə (ingiliscə - growth investment) bu gün ən yayılmış sərmayə növüdür və yatırımların böyük hissəsi bu istiqamətə aiddir. Artıma qoyulan sərmayələrin məğzi ondan ibarətdir ki, özəl sərmayə investoru yaxşı inkişaf potensialı və idarəetmə heyəti olan şirkəti araşdırıb taparaq ona sərmayə qoyur. Sonra özəl sərmayə investorunun işçi heyəti şirkətə daha tez inkişaf etməyə və dəyərini artırmağa köməklik edir. Növbəti mərhələdə isə investor şirkətdən çıxır (ingiliscə - exit) - səhmlərini digər səhmdarlara (həmçinin təsisçiyə) və ya kənar investora satır, və ya şirkəti fond bazarına çıxarır.

Marja: Düz anlayırıq ki, özəl sərmayə investoru üçün yatırım olunan şirkətdən çıxmaq zəruridir? Yatırım üçün potensial şirkətlər hansı tələblərə cavab verməlidirlər?

Emin Kərimov: Bəli, özəl sərmayə (private equity) fondunun məqsədi gəlir əldə etməklə biznesdən çıxmaqdır. Özəl sərmayə fondunun fəaliyyəti bundan ibarətdir: şirkət tapmaq, yatırım etmək, inkişafa dəstək olmaq və satmaq (çıxmaq). Hər bir private equity investor kapital cəlb etmək istəyən şirkətlərin dəyərləndirilməsi üçün müxtəlif meyarlardan istifadə edir. Ümumilikdə bu meyarları bu cür xüsusiləşdirmək olar: şirkət öz sahəsində artım potensialına və ya ən yaxın zamanda artım üçün müəyyən perspektivlərə malik olmalıdır. Şirkətin yaxşı idarəetmə heyəti və ya belə bir heyəti cəlb etmək imkanları olmalıdır. Əgər bu meyar mövcuddursa, layihənin uğur qazanmaq şansı çox yüksəkdir. Özəl sərmayə investorunun əsas məqsədi şirkətə inkişaf üçün lazımi vəsaitləri təqdim etməklə onun kapitalızasiyasını artırmaqdır. Adətən, özəl sərmayə fondları bir müəssisəyə öz kapitalının 20%-na qədər həcmini ayırmağa hazırdırlar. Bununla yanaşı fondlar müəssisənin pul vəsaitləri axınının optimallaşdırmasına nəzarət etməyə, habelə həmin müəssisədən digər səhmdarların təzyiqi olmadan istənilən vaxt asanlıqla çıxmaq imkanını qorumağa çalışırlar. Cox vacibdir ki, biznesin sahibi (qurucusu) yatırımdan sonra biznesdə qalaraq, şirkətin gələcəyinə və bazar dəyərinin artırılması  ideyasına sadiq olsunlar.

Marja: Demək ki, özəl sərmayə investorları həm kapital, həm də zəruri bacarıqlarını portfel şirkətinin idarəetməsində tətbiq edirlər?

Elçin Abdullayev: Doğrudur, bəzi hallarda özəl sərmayə (private equity) investoru portfel şirkətlərin idarəetməsində fəal iştirakını nəzərdə tutur. Bu məqsədlə də, biznesə daxil olduqdan sonra özəl sərmayə fondunun heyyəti portfel şirkətin idarəetməsinə təyin olunurlar. Özəl sərmayə investorun portfel şirkətin səhmdarlar sırasına daxil olması mütləq şəkildə biznes-proseslərinin əksəriyyətinin rəsmləşdirilməsi ilə nəticələnir. Buna görə də əvvəllər aydın biznes-prosesləri olmadan bizneslərini idarə edən sahibkarlar, özəl sərmayə investisiyasını cəlb etdikdə, öz idarəetmə və hesabatlıq vərdişlərini dəyişməli olurlar. İnvestorların şəffaflığa dair tələbləri şirkətin pul vəsaitləri axını və şirkətin maliyyə idarəetməsi üzərində nəzarəti gücləndirir. Çünki özəl sərmayə investoru üçün ən vacib amillərdən biri xərclərin optimallaşdırılması nəticəsində biznesin səmərəliyinə və əlavə dəyərin artırılmasına nail olmaqdır. Özəl sərmayə (private equity) investorları ilə bu formatında işləməyə hazır olmayan biznes sahibləri başqa alternativ maliyyə mənbələrinə baxmalıdırlar.

Marja: Özəl sərmayə investordan maraqlı olan şirkətlər nəyə diqqət yetirməlidirlər?

Emin Karimov: Private equity investorlardan sərmayə əldə etmək o qədər də asan məsələ deyil. Bugünki bazarda əminliklə sərmayə qoyula biləcək perspektivli bizneslərin sayı çox deyildir. Azərbaycandakı bəzi süquta uğrayan iri şirkətləri nəzərdən keçirərkən bu nəticəyə gəlmək olar ki, yalnız pul vəsaiti özü özlüyündə biznesin inkişafına kömək etmir. Bu gün pul vəsaitindən başqa digər amillər də gərəklidir. Bu “digər amillər” biznesin böyüməsinin əsas hissəsidir. İlk növbədə insan resurslarını qeyd etmək lazımdır. Bundan əlavə, Azərbaycan şirkətlərinin əksəriyyətində beynəlxalq audit təcrübəsi mövcud deyildir. Beynəlxalq standartlara ( o cümlədən onlara uyğunlaşdırılmış milli mühasibatlıq standartlara) uyğun maliyyə hesabatlar ilk növbədə idarəetmə alətidir, hesabat aləti yox. Buna görə də şirkətdə düzgün və şəffaf maliyyə strukturunun qurulması keyfiyyətli dəyişikliklərlə nəticələnir. Özəl sərmayə investoru yatırım etdiyi şirkətin idarəetmə heyətində dəyişikliklər etmir, o, səhmdarlar və menecerlər arasında düzgün qarşılıqlı münasibətlər yaratmağa çalışır, və şirkətin inkişafına aid bütün məsələlər özəl sərmayə komandası ilə müzakirəyə çıxarılır.

Elçin Abdullayev: Ümumilikdə, özəl sərmayə investisiyaları ortamüddətli, adətən 3-5 illik olur. Vacibdir ki, investisiya yatırımı üzrə sövdələşmənin iştirakçıları əvvəldən sövdələşmənin nə üçün edildiyini anlasınlar  və yanlış fikirlərə yönəlməsinlər. Belə olduğu halda, sövdələşmə bütün iştirakçılar üçün uğurlu olacaq. Özəl sərmayə investorları pul vəsaitlərini şirkətə yatıraraq onun kapitalızasiyasını, dəyərini böyütmək və sonradan həmin şirkətdən çıxmaq üçün fəaliyyət göstərir. Özəl sərmayə investorunun gəliri əsasən dəyəri artmış səhmlərin/payın satışından və şirkətdən alınan dividendlərdən əldə olunur.

Blackgarden Advisory / M&A /  Private Equity – yerli və xarici bazarlarda şirkətlərin alınması və satışı (mergers and acquisition), birgə fəaliyyət (joint ventures), korporativ restrukturizasiya, kompleks hüquq və vergi məsələlər üzrə xidmətləri göstərir, o cümlədən özəl sərmayələr (private equity) sahəsində investorlara və portfel şirkətlərə hüquq, vergi və maliyyə xidmətləri göstərir.

Blackgarden Investment & Corporate Advisory – Azərbaycan, Türkiyə, Qazastan, Gürcüstan, Ukrayna, BƏƏ (Dubay), İngiltərə və ABŞ bazarlarında təmsil olunur.

www.blackgarden.az

Emin-Kərimov Elçin-Abdullayev Blackgarden Özəl sərmayə kapital biznes
12.11.2021 17:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ