"Bəzi bankirlərin də cəzalandırılacağı gözlənilir".
"Bir müddət öncə "qara bazar"da əməliyyatların dayandırılması tənzimləyicilər tərəfindən banklarda yoxlamaların aparılması ilə əlaqədar idi". Bu barədə bank sektorundakı mənbə bildirib.
Həmsöhbətimiz qeyd edib ki, monitorinq nəticəsində hansı bankların "qara bazar"ı dollarla təmin etdiyi üzə çıxıb: "Bunlardan bəzilərinin adları artıq məlumdur. "Qara bazar"ı dollarla təmin etdiyinə və əldə olunan vəsaitin bir qismini ölkədən çıxardığına görə, iki bankir artıq işini itirib. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov və "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovdur. "Qara bazar"la özünəməxsus qaydada əməkdaşlıq edən bəzi bankirlərin də cəzalandırılacağı gözlənilir".
Qeyd edək ki, dekabrın 2-də "Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov tutduğu vəzifədən uzaqlaşdırılıb. Müşahidə Şurasının qərarı ilə Xalid Əhədov bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.
Dekabrın 8-də isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Əhədov isə bankın İdarə Heyətinin üzvü seçilib və İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə olunub.
Həmin gün "Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Xalid Əhədovun səlahiyyətlərinə xitam verilib, İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Orxan Hüseynova həvalə edilib.
Qeyd edək ki, həm "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azər Türk Bank" ASC dövlət banklarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
31 d. əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 mln. manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
4 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
4 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
4 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 4 saat əvvəl