Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ukraynadan son xəbərlər - YENİLƏNİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukraynadan son xəbərlər - YENİLƏNİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

...

- Rusiya Avropa Şurasından, AŞPA-dan çıxarıldı. Eurovision-da iştirakı qadağan edildi. Sankt-Peterburqda Çempionlar Liqasının finalı da olmayacaq.

Reklam_3_11

- İsveç Ukraynaya hərbi-texniki və humanitar yardım göndərir

- "Kiyev ətrafında yerləşən Qostomel aerodromunun ələ keçirilməsi zamanı Ukraynanın xüsusi təyinatlı bölmələrindən olan 200-dən çox millətçi öldürülüb", - Rusiya Müdafiə Nazirliyi bildirib.

- Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya silahlı qüvvələri Ukrayna paytaxtının yaşayış məntəqələrinə heç bir zərbə endirməyəcək.

- Kiyev silahlanır.

-Çin mətbuatı xəbər verir ki, Si Cinpin və Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Çin lideri, Rusiya və Ukrayna arasında münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.

- Zelenski danışıqlar masasına oturmaq təklifi ilə Putinə müraciət edib

- "NATO daha qətiyyətli hərəkət etməli idi, Qərb Ukraynaya yalnız məsləhətlə kömək edir", - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

-CNN: Rusiya Silahlı Qüvvələrinin Kiyevə hücumu səbəbindən Ukrayna Prezidenti Vladimir Zelenski bunkerə aparılıb.-Zelenski: Avropanın bu işğalı dayandırmaq üçün kifayət qədər gücü var. Avropa ölkələrindən nə gözləmək olar? Ruslar üçün vizaların ləğvi? SWIFT ilə əlaqə kəsilsin? Rusiyanın tam təcrid edilməsi? Səfirlər geri çağırılır? Neft embarqosu? Səmanı bağlamaq? Bu gün bütün bunlar masanın üstündə olmalıdır, çünki Rusiya, bizim üçün, bizim hamımız üçün, bütün Avropa üçün təhlükədir. Siz hələ də hücumu dayandıra bilərsiniz. Gecikmədən hərəkətə keçilməlidir.

-Ukraynanın Müdafiə naziri Oleksii Reznikov: “Artıq Kiyevdə 18 min pulemyot və müvafiq döyüş sursatları paylanıb”.

- Kiyevdə Povitroflotski prospektində atışma eşidilir - şahidlər

- Kiyevdə, Pobedı prospektində Mərkəzi Qeydiyyat İdarəsinin yaxınlığındakı yarımçıq tikililər atəşə tutulub.

- Lavrov: "Rusiya Ukraynanı işğal etməyi planlaşdırmır". S. Lavrov bildirib ki, Rusiyanın məqsədi Ukraynanın demilitarizasiyasıdır: “Rusiya Ukraynanın demilitarizasiyasını təmin edəcək”.  O, Ukrayna xalqının müstəqil olmasında maraqlı olduqlarını da əlavə edib.-Ukrayna, Rivnedə insanlar hərbi qeydiyyat və çağırış idarəsinin qarşısında düzülüblər.

-İtaliyanın baş naziri deyib ki, razılaşmaya baxmayaraq, Zelenski onunla saat yarım əvvəl əlaqə saxlamayıb.

-Ruslar dinc sakinləri evakuasiya etmək istəyən avtobusları vurublar.

- Rusiyaya təzyiq artmalıdır: Zelenski Avropa İttifaqına müraciət etdi.

-Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak açıqlamasında bildirib ki, Rusiya işğalının məqsədi Zelenskini məhv etməkdir. O, həmçinin əlavə edib ki, prezident paytaxtda qalmaqda davam edir.

- Mariupolda döyüş şəhərdən 15 km aralıda gedir,- deyə şəhərin meri Vadim Boyçenko bildirib.

-Kiyevlilər Obolonski prospektində düşmən texnikasını dayandırdılar və onun keçməsinə imkan vermirlər.

-Rusiya Müdafiə Nazirliyi: 150-dən çox Ukrayna əsgəri silahlarını yerə qoyaraq təslim olub.

-Rusiya Müdafiə Nazirliyi: Rusiya silahlı qüvvələri Ukraynadakı əməliyyatlar zamanı 18 tank və digər döyüş zirehli texnikası, 7 raket sitemini, 41 hərbi maşın və beş döyüş katerini məhv edib.

- "Ukrayna Rusiya ilə bitərəf statusla bağlı danışıqlara hazırdır, lakin o, həm də təhlükəsizlik zəmanəti almalıdır", - Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak açıqlamasında bildirib və əlavə edib:  "Ukrayna həmişə danışıqlar üçün yer qoyub. O cümlədən indi - Rusiya genişmiqyaslı işğala başladığı zaman. Bu müharibə dayandırılmalıdır. Bu hərbi əməliyyatlar dayandırılmalıdır".

-Türkiyə Xarici İşlər Nazirliyi Rusiya döyüş gəmilərinin keçməsi üçün Bosfor və Dardanel boğazlarını bağlaya biləcəklərini açıqlayıb. Belə bir vəziyyətdə belə Rusiyanın yenə də donanmanı bazaya qaytarmaq hüququ olacaq.

- Vladimir Zelenskinin səhər müraciəti:

Ukrayna Prezident Vladimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya hücumu zamanı 137 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Zelenski həlak olanları qəhraman adlandırıb.

Həlak olanlar və yaralananlar həm hərbi qulluqçular, həm də mülki şəxslərdir.

Zelenski tərəfdaş ölkələrə və dünya liderlərinə də müraciət edib.

"Dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Düzünü desəm: Mən belələrini görmürəm. Bütün tərəfdaşlara deyirəm: indi vacib məqamdır, ölkəmizin taleyi həll olunur. Onlardan soruşuram: “Bizimləsən?” Cavab verirlər ki, bizimlədirlər, amma bizi alyansa (NATO- red) qəbul etməyə  hazır deyillər. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya daxil olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab verirlər ki, bizimlədirlər, amma ittifaqa bizi qəbul etməyə hazır deyillər”, - prezident bildirib.

-Luqansk vilayətində Starobilsk şəhərinin sakinləri tərəfindən atəşə tutulub. İki mərtəbəli iki ev yanıb. Qaz xətti də kəsilib, qaz sızması var. Xilasedicilər artıq hadisə yerindədir.

- Rusiya tankları Çernobıl zonasından Kiyevə doğru gedirlər. Onların qarşısını almaq üçün ukraynalı hərbçilər İvankov kəndi yaxınlığındakı körpünü partlatmalı olublar.

- Kiyev və Rivnedə partlayış səsləri eşidilir.

- ABŞ-ın dövlət katibi Antoni Blinken: Rusiya Ukrayna hökumətini devirməyə çalışacaq.

- Rovnada iki güclü partlayış baş verib.

- BMT Təhlükəsizlik Şurası, Rusiyanı Ukraynaya hücumuna görə qınayan qətnaməni qəbul etməyə çalışacaq. Görüş bu gün Nyu-York vaxtı ilə saat 15:00-a (Bakı vaxtı ilə 00:00) təyin edilib.

-Ukrayna Müdafiə Nazirliyi, Ukraynaya qarşı müharibənin ilk günündə Rusiyanın itkiləri barədə məlumat verib:

- Təyyarələr 7 ədəd.

- Helikopterlər 6 ədəd

- Tanklar - 30 ədəddən çox.

- BBM - 130 ədəd.

Düşmənin şəxsi heyətinin itkiləri təxminən 800 nəfərdir (dəqiqləşdirilir).

- Pentaqon: Rusiya müharibənin ilk günündə Ukraynaya 160-dan çox raket atıb.

- Fransa prezidenti Makron Ukraynaya 1,2 milyard avro məbləğində iqtisadi yardım barədə qərar verib.

- Rusiya Zaporojye vilayətindəki Primorski Posad sərhəd bölməsinə raket zərbəsi endirib. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, ölən və yaralananlar var.

- Odessada hava həyəcanı elan edilib.

- "Kiyevdə Koşitsa küçəsi 7a ünvanında 9 mərtəbəli yaşayış binası yanıb. 4-cü mərtəbədən 9-cu mərtəbəyə kimi. Xilasedicilər onu söndürürlər. Yəqin ki, mülki əhali arasında çoxlu qurbanlar var!", - Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib.

-Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko: Kiyevə hücumlar davam edir.

-“Kiyevə raketlər ilə zərbələr davam edir. İki güclü partlayış eşitdim”, – Geraşenko yazıb.

-Deputat Aleksey Qonçarenko bildirir ki, Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında düşmən təyyarəsini vurub.

-Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko: Düşmən təyyarəsi hava hücumundan müdafiəmiz tərəfindən vuruldu  (Darnitski rayonuna, st. Kosice 7a.)

-Cen Psaki: Rusiya qüvvələri Çernobıl Atom Elektrik Stansiyasının işçilərini girov saxlayır.

-Şahidlərin bildirdiyinə görə, Kiyevin hökumət məhəlləsində ən azı altı partlayış olub.

-Makron Ukraynaya 300 milyon avro yardım və hərbi texnika verəcək.

-Vinnitsada həyəcan siqnalı işə düşüb - şəhər sakinlərindən sığınacaqlara keçməyi xahiş edirlər.

25.02.2022 20:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ