Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya-Ukrayna müharibəsi - anbaan son xəbərlər - YENİLƏNİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya-Ukrayna müharibəsi - anbaan son xəbərlər - YENİLƏNİR
26 fevral 2022-ci il gecəsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yenilənir...

-Rusiya nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Müdafiə naziri Sergey Şoyqu bu barədə Putinə məlumat verib.

Reklam_3_11

- Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib. Bu barədə müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. O, Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələrini, Şimal və Sakit Okean Donanmaları, uzaq məsafə aviasiyası xüsusi döyüş növbətçiliyi rejiminə keçib.

-Yaponiya Rusiyanın hücumunu dəf etmək üçün Ukraynaya 100 milyon dollar ayıracaq.

- "Yaponiya Rusiya Mərkəzi Bankına  qarşı sanksiyalar tətbiq edir", - baş nazir.

- Belarus mətbuatı yazır ki, Qomel vilayətində Ukrayna və Rusiya arasında danışıqlar başlayıb.

- Zaporijjya AES-in rus hərbçiləri tərəfindən tutulması ilə bağlı məlumat yalandır

- Rusiya Müdafiə Nazirliyi: Kiyevin bütün sakinləri Kiyevi sərbəst tərk edə bilər. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, mülki şəxslər təhlükəsiz marşrut ilə şəhəri sərbəst tərk edə bilərlər. Kiyev meri Vitali Kliçko dünən bildirib ki, Ukrayna paytaxtından bütün çıxışlar bağlanıb.

- Britaniyanın BP şirkətindən dən sonra Norveçin Equinor enerji şirkəti də Rusiyada çıxmaq qərarına gəlib.

-Yaponiya XİN: “Rusiya Cənub Kuril adalarını işğal edib”

- Britaniya Rusiya Federasiyasının Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edir.

- Kiyevdə həyacan siqnalı işə düşüb.

- KİV: Ukrayna nümayəndə heyəti artıq Belarus sərhəddində, bu gün səhər saatlarında başlayacaq danışıqlar yerinin girişindədir.

- Belarus Xarici İşlər Nazirliyi: Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança hazırlanıb.

- Mətbuat yazır ki, Türkiyə bu gün boğazların Rusiya gəmiləri üçün bağlanması ilə bağlı yekun qərar verəcək.

-Cənubi Koreya artıq Rusiyaya “strateji materiallar” verməyəcək.

- “The British The Times” yazır ki, “Vaqner” özəl hərbi şirkətinin 400-ə yaxın muzdlusu Kiyevdə döyüşür. Onların məqsədi prezident Zelenskini sıradan çıxarmaqdır. "Vaqner Qrupu" qeyri-rəsmi silahlı birləşmədir və tez-tez mediada Rusiyanın özəl hərbi şirkəti kimi xatırlanır.

- Kiyev Şəhər Dövlət Administrasiyası: Kiyevdə ərzaq mağazaları və ictimai nəqliyyat saat 08:00-dan etibarən fəaliyyət göstərəcək. Metro qatarları həmişəkindən daha az işləyəcək.

- Ötən gün Aeroflot təyyarəsi Kanadanın hava məkanını pozub. Xatırladaq ki, Kanada səmasını rusların üzünə bağlamışdı.

-Almaniyanın "Deutsche Bahn" dəmir yolu şirkəti ukraynalıları Polşadan Almaniyaya pulsuz daşıyacaq. Ukraynalılar üçün pasport təqdim etmək kifayətdir.

 -"Lukaşenko Putin ordusuna kömək etmək üçün Belarus hərbçilərini Ukraynaya göndərməyə hazırlaşır" - "The Washington Post" Ağ Evə istinadən yazıb.

-Rusiya artıq Moskva birjasında ticarət açmaqdan qorxur. Başlanğıc Moskva vaxtı ilə səhər saat 10-a təxirə salınıb. Sadə dillə desək: rublun qaçılmaz ucuzlaşmasını bir neçə saat gecikdirməyə çalışırlar.

- Ruslar paytaxt Kiyevin müdafiəsini yarmağa çalışır. Rus qoşunlarının kolonları dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına hücum edib.

- "Co Bayden bu gün Ukraynadakı vəziyyət və Rusiyaya qarşı cavab tədbirləri ilə bağlı müttəfiqlərinə zəng edəcək", - Ağ Evdən bildiriblər.

- Kanda hökuməti təsdiq edib ki, bu gün ABŞ, Aİ, NATO, Kanada, Yaponiya və daha 6 Avropa ölkəsinin liderləri Ukraynadakı vəziyyəti videozənglə müzakirə edəcəklər.

- Rusiya Mərkəzi Bankında çaxnaşma. Onlar Rusiya şirkətlərində pay sahibi olan xarici səhmdarlara Rusiya qiymətli kağızlarının satışını qadağan ediblər.

-ABŞ Ukraynaya 54 milyon dollarlıq əlavə humanitar yardım göstərəcəyini açıqlayıb

-Rubl ucuzlaşır. Bloomberg, məzənnənin yeni tarixi maksimumunu - bir dollar üçün 113,5 rubl olduğunu bildirir.

- Zelenski: “Növbəti 24 saat Ukrayna üçün həlledici ola bilər”

- Avropa İttifaqı məkanını Rusiya təyyarələrinə bağlayıb  

- Kiyev və Xarkovda yenidən partlayışlar eşidilir

- Avropa Komissiyasının Prezidenti: “Belarusa qarşı sanksiyaları genişləndiririk”

- Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen : "Ukrayna Avropa İttifaqına daxil olmalıdır" 

- Rusiya qoşunları Ukraynanın Berdyansk şəhərini ələ keçirib 

27 Fevral 2022

- Danışıqlar aparmaq üçün Belarusda olan Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski: Rusiya Belarus vaxtı ilə saat 15:00-a qədər Ukraynadan cavab gözləyir. 

- Yaxın vaxtlarda prezident Vladimir Putinin Ukraynadakı əməliyyatla bağlı yeni çıxışı gözlənilir. 

- Rusiya Mərkəzi Bankından yeni sanksiyalardan sonra ilk açıqlaması: Rusiya Bankı maliyyə sabitliyini qorumaq və maliyyə sektorunun əməliyyat davamlılığını təmin etmək üçün lazımi resurslara və alətlərə malikdir.

Rusiya Bankı davamlı olaraq bankları rublla nağd və nağdsız likvidliklə təmin edəcək. Bazar ertəsi günü keçiriləcək repo hərracı banklardan daxil olan bütün müraciətlərin tam təmin edilməsi ilə qeyri-məhdud əsasda keçiriləcək. Rusiya Bankı bankların mümkün cari likvidlik ehtiyaclarını ödəyəcək.

Rusiyanın bank sistemi sabitdir, istənilən vəziyyətdə rahat işləmək üçün kifayət qədər kapitala və likvidliyə malikdir. Hesablardakı bütün müştəri vəsaitləri saxlanılır və istənilən vaxt əlçatandır.

Bank xidmətləri adi qaydada təqdim olunur. Rusiyadakı bütün bankların bank kartları da düzgün işləməyə davam edir.

- Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada bir dənə də belarus əsgəri yoxdur.

- Vladimir Zelenski Belarusda Rusiya ilə danışıqlar aparmağın mümkünsüzlüyünü açıqlayıb. Onun sözlərinə görə, Budapeşt, Varşava, İstanbul və ya Bakıdan danışmaq olar.

-Aeroflot, səmalarını Rusiya aviaşirkətlərinə bağlayan Litva, Latviya və Estoniyadan yan keçən trayektoriya üzrə Kalininqrada uçuşlar həyata keçirib. Uçuş, Baltik dənizinin neytral suları, Finlandiya körfəzi, həmçinin Leninqrad və Novqorod vilayətləri üzərindən keçib. "Şeremetyevo" hava limanındandan Kalininqrada səyahət müddəti orta hesabla 101 dəqiqədən 134 dəqiqəyə, əks istiqamətdə - 94 dəqiqədən 140 dəqiqəyə qədər artıb.

- Ukrayna Prezidenti danışıqların Belarusda aparılmasına qarşı  çıxdı. "Əgər sizin ərazinizdən ölkəmiz hərbi əməliyyat olmasaydı, biz Minskdə danışıqlara gedə bilərdik", - Ukrayna prezidenti belaruslara müraciətində bildirib. "Ona görə də deyirik ki, məkan görüşmək üçün başqa şəhərlər ola bilər: Varşava, İstanbul, Budapeşt. Bəli, hər hansı digər. Zelenski raketlərin uçmadığı bir ölkədə". Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gedib.

- "Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib" - Rusiya Prezidentinin sözcüsü Peskov.

-Şahidlər Kiyevdə Nivkidə güclü partlayışlar olduğunu bildirirlər.

- Rusiyanın Xarkov vilayətindəki hərbi idarəsinin məlumatına görə, Ukrayna ordusunun 302-ci zenit-raket alayı silahı yerə qoyub. “471 hərbçi saxlanılıb”. Ukrayna bu məlumatı təkzib edir.

- Avstraliyanın baş naziri Skott Morrison ölkəsinin Ukraynaya öldürücü silahlar tədarük edəcəyini bildirib.

- Federal Hava Nəqliyyatı Agentliyi Baltikyanı ölkələr və Sloveniyadan olan aviadaşıyıcılara Rusiyaya və Rusiyadan uçuşlar həyata keçirməyi, habelə ölkənin hava məkanından tranzit kimi istifadə etməyi qadağan edib.

- Portuqaliyanın xarici işlər naziri Augusto Silva bildirib ki, ölkə hökuməti Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya vətəndaşlarına “qızıl” vizaların (investisiya müqabilində yaşayış icazəsi) verilməsini dayandırmaq qərarına gəlib.

-Rus qoşunları Xerson vilayətinin Novaya Kaxovkasını ələ keçirib. Bu barədə Suspіlnıya şəhərin meri Vladimir Kovalenko bildirib

-Rusiya hərbi texnikaları Kiyev yaxınlığındakı Buçaya daxil olublar. 

-Zaporojye. Mətbuat şəhərdə partlayışlar olduğu barədə  yazır.

-Lvov Dəmiryol Stansiyasında insan izdihamı. Ukraynalılar Polşaya getmək istəyirlər. Lvov Ukraynanın qərbində, Polşa ilə sərhəddən təxminən 70 kilometr məsafədə yerləşən bir şəhərdir.

- KİV-lərdə Rusiya hərbi texnikalarının Xarkova daxil olduqları bildirilir.

-Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinegubov bəyan edib ki, rus qoşunları Xarkovun müdafiəsini yarıb. Sakinlərdən sığınacaqda qalmaları xahiş olunur.

Günün vacib xəbərlərindən:

- Beynəlxalq sanksiyalara məruz qalan Rusiya bankları və lazım gələrsə Rusiyanın digər kredit təşkilatları beynəlxalq SWIFT sistemindən çıxarılacaq. 

- ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Rusiya Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlər  tətbiq etmək barədə razılığa gəliblər. 

- Finlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq, - Nəqliyyat Nazirliyinin rəhbəri Timo Harakka bildirib. Analoji qərar Almaniyada da açıqlanıb.

- "Qosuslugi" portalı irimiqyaslı kiberhücumlarla üzləşib - 1 terabaytdan çox tutumlu 50-dən çox DDoS hücumu olub. qeydə alınıb, - Rusiyanın Rəqəmsal İşlər Nazirliyi məlumat yayıb;

- ABŞ dünya üçün real təhlükə yaradır, - Çinin Moskvadakı səfirliyi bildirib.

- Moskvada Renault zavodu fəaliyyətini dayandırır.

Avropa İttifaqı, ABŞ və Kanada şənbə günü Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər. Bunlara daxildir:

- bir sıra rus banklarının SWIFT-dən çıxarılması;

- Rusiya Mərkəzi Bankının “aktivlərinin iflici”;

- rus elitasının və onların ailələrinin aktivlərinin dondurulması.

- SWIFT sistemi Rusiyaya qarşı Qərb ölkələrinin təsdiqlədiyi tədbirləri həyata keçirməyə hazırlaşdığını bildirib.

-Rosaviasiya: Rusiya hava məkanını Latviya, Litva, Sloveniya və Estoniya üçün bağlayıb.

- Intel və AMD Rusiyaya mikroçiplərin tədarükünü dayandırır.

- İlon Mask: Starlink artıq Ukraynada aktivdir.

- Starlink yüksək sürətli interneti təmin edən qlobal peyk sistemidir.

-Ruslar üçün hava məkanını bağlayan dövlətlər: Böyük Britaniya, Polşa, Bolqarıstan, Çexiya, Litva, Latviya, Estoniya, Rumıniya, Sloveniya. Bütün Rusiya təyyarələri bu ölkələrin hava məkanına daxil ola bilməz, Avropa və Şimali Amerikaya uçuşların marşrutunu əhəmiyyətli dərəcədə artırmağa məcburdurlar.

-Finlandiya yaxın vaxtlarda hava məkanını Rusiya təyyarələri üçün bağlamağa razılıq verib. Bu baş verdikdə, Moskvadan Berlinə uçuşun uzunluğu təxminən Moskva-Pekin reysi ilə eyni olacaq.

- Lukaşenka Makronla telefon danışığı zamanı bildirib ki, əgər Belarus xalqı “boğulmasa”, ölkədə əlavə olaraq heç bir silah yerləşdirilməyəcək, - BelTA xəbər verir.

- Lukaşenko Belarusda nüvə silahının yerləşdirilməsi ehtimalı ilə bağlı məlumatları "saxta xəbərlər" adlandırıb.

-Kremlin məlumatına görə, Putin və Əliyev Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı ilə bağlı vəziyyətin inkişafını müzakirə ediblər.

- Nova Kaxovka, helikopter vuruldu.

-Macarıstanın xarici işlər naziri Rusiya və Ukraynanı Budapeştdə danışıqlara dəvət edib.

-Ukraynanın energetika naziri Rusiyanın elektrik şəbəkəsinə qoşulmaqdan imtina ilə bağlı fərman imzaladığını açıqlayıb.

-Belarus da SWIFT-dən çıxarıla bilər.

- Macarıstanın xarici işlər naziri Szijyarto Budapeştdə sülh danışıqları aparmağı təklif etdi.

-Kiyevdə İnfrastruktur Nazirliyinin binası yaxınlığında atışma olub.

-Roma Papası Fransisk Vladimir Zelenskiyə zəng edərək Ukraynada baş verən hadisələrdən kədərləndiyini bildirib.

-Kiyevdə mülki avtomobillərə minən 15-dən çox diversant saxlanılıb.

- Kiyevdəki dəmiryol vağzalından bütün insanlar təxliyə edilir. Yaxınlıqda atəş açılır. Qatar stansiyasının da elektrik enerjisi kəsilib.

- Fransa prezidenti Makron bir saatdan çoxdur Lukaşenko ilə danışır. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.

- İnstagram 4,7 milyon izləyicisi olan Ramzan Kadırovun hesabını bloklayıb.

- Ukrayna Prezidenti Zelenski: Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətimin nəticələrinə görə, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinin Ukraynada təcili yardım maşınlarına və SES üçün pulsuz yanacaq verməsi tapşırılıb. Gecə Azərbaycandan gələn dərmanlarla təyyarə gözləyirik".

- Bayden: Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya Müharibəsi”nin başlaması olardı.

- CNN mənbələri: ABŞ və Avropa İttifaqı bütün ölkəni deyil, bəzi Rusiya banklarını və şirkətlərini SWIFT-dən ayırmağı düşünür.

- Zelenski: SWIFT-ə görə, hər şey artıq həll olunub

- Kievstar, Vodafone və lifecell Rusiya və Belarus abunəçiləri üçün öz şəbəkələrinə girişi bloklayıb.

- Kiyevdə aktiv atışmalar başlayıb.

- Ukrayna Prezidenti Zelenski: "Ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq. Əgər uşaqlar artıq sığınacaqlarda doğulubsa, hətta atəşlər davam etsə də, bu müharibədə düşmənin şansı yoxdur".

-Ukraynaya yardım gətirən Azərbaycan təyyarəsi Bakıdan havaya qalxıb. Təyyarədə ümumi dəyəri 5 milyon avrodan çox olan dərmanlar və tibbi avadanlıqlar var.

- Rusiya qoşunları bütün istiqamətlərdə Ukraynaya hücuma keçib

- Ukrayna Prezidenti Vladimir Zelenski: "Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan Prezidenti ilə söhbət etdim. Biz göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik". Azərbaycan təkcə sözdə deyil, həm də əməldə kömək edir.

- Fevralın 26-dan etibarən VISA və Mastercard kartları ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya bankları tərəfindən buraxılan kartlara xidmət göstərməyəcək.

- "Twitter Rusiyada hesabların qeydiyyatdan keçmə imkanını bloklayıb. Ukraynalılar Facebook və Instagram-dan belə bir addım gözləyir.

-Kreml daxil olmaqla Rusiyanın bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub. Məlumata görə, hazırda Kremlin, Dövlət Dumasının, Təhlükəsizlik Şurasının və digər bir sıra dövət qurumlarının saytları açılmır.

-ABŞ Rusiya Mərkəzi Bankının 643 milyard dollarlıq ehtiyatlarını  bloklaya bilər.Bu, rublun sürətlə çökməsinə səbəb ola bilər.

- Ukrayna həlak olan rus işğalçılarının cəsədlərini təhvil vermək üçün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət edib.

- "Ukrayna Rusiya ilə danışıqlardan imtina etməyib", Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak RBC-yə bildirib. “Ukrayna, əlbəttə ki, danışıqlardan imtina etməyib. Ukrayna və prezident Zelenski Rusiya tərəfinin qəbuledilməz şərtlərindən və ya ultimatum tələblərindən qəti şəkildə imtina edir”, - Podolyak bildirib. O əlavə edib ki, Ukrayna tərəfi artıq öz danışıqlar mövqelərini diqqətlə işləyib hazırlayıb.

-Fevralın 26-dan etibarən Rusiyanın VTB, Otkritie, Sovcombank, Promsvyazbank və Novikombank tərəfindən buraxılan Mastercard kartları xaricdə işləməyəcək.

-ABŞ-da Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalara baxılır. Mənbə: Bloomberg

- Ukraynanın xarici işlər naziri Kuleba bildirib ki, Rusiyanı SWIFT-dən ayırmaq qərarı verilib. Xarici işlər naziri bu qələbəni Ukrayna ordusuna  həsr edir!

-Çerniqov, Belova küçəsi. Rusiya raket və artilleriya hücumu edib Qradlar və digər artilleriyalar atəş açır.

- Kiyev, Svyatoshino rayonu - partlayış səsləri eşidilir!

-Gürcüstan hökumətinin ehtiyat fondundan Ukraynaya 1 milyon lari (540 min manat) yardım ayrılacaq. Bu barədə qərarı Gürcüstan Baş naziri İrakli Qaribaşvili imzalayıb. Bildirilib ki, ayrılan maddi yardım münaqişədən əziyyət çəkmiş Ukrayna vətəndaşlarına tibbi vasitələrin alınmasına yardım etməyə yönəldiləcək.

- Xarkovun bəzi rayonları işıqsız qalıb.

-Ukraynanın Rusiyanın daha bir SU-25 döyüş təyyarəsini vurduğu bildirilir.  Bu barədə jurnalistlərə Xmelnitski vilayətinin Starokonstantinovka yaxınlığındakı mənbələr məlumat verib. Rəsmi təsdiqi gözlənilir.

- "AirBaltic" aviaşirkəti "risklərin artması səbəbindən" martın 26-dək Rusiyaya bütün reysləri ləğv edəcəyini açıqlayıb

- Dövlət Departamenti Amerika vətəndaşlarına Belarusu dərhal tərk etməyi tövsiyə edir.

- Fransa prezidenti Makron: Ukraynada “müharibə” uzun sürəcək

- Rusiya Müdafiə Nazirliyi Kiyevdəki binanın vurulmasını təkzib edib. Rusiyanın xəbər agentliklərinin Müdafiə Nazirliyindəki mənbələri Kiyevdə yaşayış binasının Ukrayna silahlı qüvvələrinin "Бук-М1" kompleksinin raketi ilə vurulduğunu bildiriblər. Mənbələrə görə, Lobanovski prospektindəki binaya dəymiş ziyanın xarakteri binaya zenit raketinin düşməsindən xəbər verir.

- Rusiyanın SWIFT-dən ayrılması ilə bağlı qərar bir neçə gün ərzində veriləcək - Avropa mediası

-Prezident Zelenskinin video müraciətindən:

   "-yaxın vaxtlarda ehtiyatda olan hərbçilərinin təlim toplantısı keçiriləcək;

   - Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur;

   - Ukrayna ordusunun əməliyyat vəziyyətində bütün mümkün dəyişikliklərə hazırlığını artırmalıyıq;

   - Biz iqtisadi vətənpərvərlik proqramına başlayırıq;

   - Biznesin vergi yükü  azaldılacaq və yoxlamalar məhdudlaşdırılacaq. Bunlar xalqdan biznes və bank sisteminə vəsait cəlb etmək üçün             stimullardır;

   - Benzin və dizel yanacağına ƏDV azaldılacaq. Bu, yanacaq qiymətlərini aşağı salacaq;

   - Böyük biznesimizin TOP-50-si ilə görüş olacaq. Onların hamısı Ukraynada qalmalıdır".

-Çexiya hökuməti Ukraynaya 8,57 milyon dollar dəyərində atıcı silah və sursat tədarükünə razılıq verib.

- Estoniya hava məkanını Rusiya təyyarələri üçün bağlayır.

-Ukrayna Prezidenti Zelenski ukraynalılara yeni müraciətini edib:

"Biz düşmən hücumlarına tab gətirdik və uğurla dəf etdik. Bir çox şəhər və rayonlarda döyüşlər davam edir. Biz bilirik ki, vətəni, torpağı, uşaqların gələcəyini müdafiə edirik. Kiyev və paytaxtın ətrafındakı əsas şəhərlər və rayonlar ordumuz tərəfindən nəzarətdə saxlanılır. İşğalçılar Donetskdə olduğu kimi dövlətmizin mərkəzini (paytaxtı) bağlayıb, öz "kuklalarını" bura (Ukrayna hakimiyyətinə- red) qoymaq istəyirdilər. Biz onların planını pozduq”

-“Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya, Krımskoye, Markovka qəsəbələrini müvəqqəti işğal edib”. Bunu Luqansk vilayətinin başçısı Sergey Qayday feysbukda açıqlayıb. “Vəziyyət hər an dəyişə bilər”, - Luqansk vilayətinin başçısı bildirib.

-Vinnitsanın müdafiəyə ehtiyacı var. Ukraynada yayılan məlumata görə, silaha sarılmağa hazır olan hər kəs Vətənində düşməni dəf etmək üçün Ərazi Müdafiəsinə qoşularaq həmvətənlərinin sıralarına qoşula bilər.

- Stanitsa Luqansk  rus silahlıları tərəfindən işğal edilib, - Luqansk vilayəti dövlət administrasiyasının rəhbəri Qaydai məlumatı təsdiqləyib. Stanitsa Luqansk— Ukraynanın şərqindəki Luqansk vilayətinin Şçastiya rayonunda, Donets çayının sahilində şəhər tipli qəsəbədir.

- Kremlin mətbuat xidməti bildirib ki, Qırğızıstan prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın Donbası qorumaq üçün hərəkətlərini dəstəkləyib.

- Makron hesab edir ki, Ukrayna böhranı uzun müddət davam edəcək.

- Ukraynalılar ordularının ehtiyacları üçün 200 milyon qrivna köçürüblər.

- Kiyevdə haəyacan siqnalı - əhalinin sığınacaqlara getmələri tələb olunur.

- Kipr Rusiyanın SWIFT-dən ayrılmasına mane olmayacaq. Kipr Rusiyanın SWIFT-dən ayrılmasının tərəfdarı olduğunu bəyan edib. Qadağaya qarşı çıxan ölkələrdən biri Kipr idi.

- Rusiya qoşunları Çernobıl zonası üzərində hava döyüşünün imitasiyasını (təqlid) həyata keçirib, Ukrayna isə orada heç bir döyüş əməliyyatı keçirmir, - Koordinasiya Qərargahı bildirib.

-Rəsmi: Ukraynanın hava hücumundan müdafiəsi Kiyev su anbarının bəndi istiqamətində hərəkət edən Rusiya raketini vurub.Yayılan məlumata görə, əgər bənd dağılarsa, daşqın fəlakətli insan tələfatına və dağıntılara gətirib çıxaracaq - o cümlədən Kiyevin və şəhərətrafı qəsəbələrin yaşayış massivlərinin su altında qalması mümkündür.

-Ukrayna Daxili İşlər Nazirliyi: "Düşmən təxribat-kəşfiyyat qrupu fasiləsiz işləyir və Kiyev şəhərinin sol sahilinə enməyə çalışır. Ukrayna hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları sol və sağ sahilləri birləşdirən bütün körpülərə nəzarət edir və sağ sahil istiqamətində körpülərdən keçməyə çalışacaq hədəflərə atəş açacaqlar! Bütün vətəndaşlardan xahiş edirik ki, təhlükəsiz yerlərdə qalsınlar və Dnepr çayının sağ sahili istiqamətində keçməyə çalışmasınlar! "

-Sumidə işğalçının ağır texnikaları hərəkət edir. Atışmalar eşidilir.

- Ukrayna prezidenti Zelenski ABŞ-ın Kiyevin boşaldılması tələbini rədd edib. Zelenski, "Mənə sursat lazımdır”, - bildirib."

-Frana Prezidenti Emmanuel Makron Bakı vaxtı ilə saat 20:00-da Ukraynadakı vəziyyətlə bağlı Müdafiə Şurasını çağırır.

- “Gecə şəhərin hər küçəsi uğrunda qızğın döyüşlər gedib” - Bu barədə Kiyevdəki müxbir İdrak Camalbəyli məlumat verir. O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə müqavimət göstərdiyini bildirib: “Kiyevin hər küçəsi uğrunda qızğın döyüşlər gedirdi. Təxminən 2 saat bundan əvvəl döyüşlər səngiyib. Hər hansı ərazi itkisi yoxdur. Nisbi sakitlikdir. Döyüşlər hər an başlaya bilər”. Jurnalistin sözlərinə görə, yerli sakinlər hərbi komissarlıqlara üz tutur, əhaliyə silah paylanır. O, Kiyevdə azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumatın olmadığını diqqətə çatdırıb.

- "Roskosmosun saytı gecə saatlarında xarici serverlərdən DDoS hücumuna məruz qalır", - Rusiya dövlət korporasiyası bildirib.

- Rusiya Federasiyası Qara Dəniz Donanmasının məlumatına görə, təslim olan Zmeynıy adasından olan 80-dən çox ukraynalı sərhədçi Sevastopola aparılıb.

- “Mən tələb edirəm ki, dünya Rusiya Federasiyasını tamamilə təcrid etsin. Səfirləri qovsunlar. Neft embarqosu tətbiq etsinlər. Rusiya iqtisadiyyatını məhv edin. Rusiyanın hərbi cinayətkarlarını dayandırın"- Ukraynanın Xarici işlər naziri Kuleb Kiyev, Lobanovskidə yaşayış binasına raketin düşməsini belə şərh edib.

- Ukrayna Prezidenti Avropa Şurasının sədri Çarlz Mişel ilə danışıb. Zelenski bildirib ki, uzun müddətdir davam edən müzakirələri birdəfəlik bağlamaq və Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qərar qəbul etmək üçün həlledici məqam yetişib. 

- Gecə Kiyev SES-ə hücum edilib. Hücum Ukrayna Silahlı Qüvvələri tərəfindən uğurla dəf edilib.

- "Hazırda Kiyevdə olan Rusiyanın diversantlarıdır. Kiyev şəhərində Rusiya qoşunları yoxdur”, - Kiyevin meri Vitali Kliçko feysbukda bildirib.

- “Bloomberg”: "ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür".

-Kiyevdə işğalçı ruslar tərəfindən dağıdılmış yaşayış binasından zərərçəkənlər təxliyyə edilir.

-Ukrayna paytaxtının Solomenski rayonunda bina vurulub. Qurbanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir...

-Ukrayna Prezidenti Vladimir Zelenski: Fransa Prezidenti Emmanuel Macron ilə söhbətlə diplomatik cəbhədə yeni bir gün başladı. Tərəfdaşlarımızdan silah və texnika bizə gəlir. Müharibə əleyhinə koalisiya işləyir.

- Ukrayna Prezidentinin mesajı: Sabahınız xeyir ukraynalılar. Gecə bir çox məlumat ortaya çıxdı ki, guya mən silahları təhvil verməyə çağırmışam. Bu o deməkdir ki, mən buradayam, heç bir silahı təhvil verməyəcəyik, ordumuza, ölkəmizə inanırıq. Biz onu qoruyacağıq!"

- Zelenski video çəkərək saxta xəbərlərə inanmamağa çağırıb. "Heç kim silahını yerə qoymayacaq!".

-Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı:

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri düşmənin hava zərbələrini dəf edir, Rusiya işğalçı qoşunlarının desant dəstəsi olan İL-76MD hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Sistemli hərbi əməliyyatlar aparmağa davam edir. Kiyev, Çerniqov və Xerson vilayətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikasının toplanmasına zərbələr vurulub.

-Baş Qərargahın səhər saat 6-ya olan məlumatına görə:

Rusiya işğalçısı Ukraynaya qarşı hücumunu davam etdirir.

Düşmən Ukrayna ilə həmsərhəd ərazilərdə ehtiyat hissələrini yenidən yerləşdirməyə başlayıb və Ukraynanın şərqində və Kiyev vilayətinin şimalında aerodromlara, Ukrayna Silahlı Qüvvələrinin qoşun qruplaşmalarına aviazərbələr endirməkdə davam edir. Sumi, Poltava, Mariupol rayonlarına hava zərbələri endirilib. Düşmən Qara dənizdən Ukrayna ərazisinə “Kalibr” tipli qanadlı raketlər atıb.

Rusiya Federasiyasının taktiki aviasiyası Belarus və Krım ərazisindən idarə olunur. 

Düşmən dəfələrlə Yujni və Odessa  ərazilərində, Ozerne aerodromunda, Kiyev vilayətində mülki infrastruktur obyektlərində operativ və taktiki aviasiyadan istifadə edib.

Slobojanski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əməliyyat qrupu düşmənin hücumunu dayandırıb və Xarkov vilayətində müdafiə döyüşlərini davam etdirir.

Oxtırkada şəhər döyüşləri gedir.

Birləşmiş qüvvələr müdafiə əməliyyatı aparır və bütün demarkasiya xətti boyunca mövqelər saxlayır.

-Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Düşmənin təxmini itkiləri bunlardır: təyyarə - 14 ədəd, vertolyot - 8 ədəd, tank - 102 ədəd, BBM - 536 ədəd, top- 15 ədəd, SAM BUK-1 ədəd.

- "Kiyev tezliklə hava hücumundan müdafiə yardımı alacaq!", - İrina Vereşçuk, Ukrayna baş nazirin müavini 

- Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podoliak: 3500-dən çox rus öldürülüb,  200-ü əsir götürülüb.

-Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri: "Xarkov vilayəti 26 fevral 2022-ci ildə rus düşmənini dəf edir. Dünən işğalçı qüvvələr Derqaçi, Tsırkuniv və Çuguiv istiqamətindən döyüşləri davam etdirib. Düşmənin müdafiəmizi yarmaq cəhdləri oldu.

Dünən düşmən çox ağır itki verib. Yüzdən çox düşmən zirehli texnikası məhv edildi və yüzlərlə düşmən öldürüldü.

Əsgərlərimiz Xarkov sərhədlərini qəhrəmancasına müdafiə edirlər. Bütün istiqamətləri bağlayırıq.

Dünən Düşmənin bir neçə tankı şəhərə daxil olmuşdu, bundan sonra onlar məhv edilib və qoşunlarımız yenidən nəzarəti ələ keçirib.

Qəhrəmanlarımızın ciddi müqavimətindən sonra düşmən sosial infrastruktur obyektlərini artilleriya atəşinə tutmağa başlayıb, mərmilər Oleksiyivkadakı qan mərkəzinə və rayon uşaq xəstəxanasına düşüb.

Saltivka və HTZ-də yaşayış binalarına ziyan dəyib. Şəhərin mərkəzində hərbi obyektlərin məhv edilməsinə cəhd edilib. Təəssüf ki, qurbanlar var.

Hazırda komendant saatı bitib, lakin şəhər ətrafında hərəkət etmək təhlükəlidir !!!

Düşmən təxribat-kəşfiyyat qrupları gecə saatlarında işləyirdi. İşğalçılar iki-beş nəfərdən ibarət qruplarda işləyirlər. Şübhəlilərin aşkarlanması ilə bağlı bütün halları polisə və ya hərbçilərə bildirin!

Biz rayonun yaşayış məntəqələrinin qaz kəmərlərinə, elektrik şəbəkələrinə, magistral su xətlərinə və digər mühüm infrastruktur obyektlərinə ziyan vurma hallarını qeydə alırıq. Təmir briqadaları artıq qəza işlərinə başlayıb. Bəli, atışma davam edir, lakin biz mümkün olan hər şeyi edirik ki, dəymiş ziyanı tez bir zamanda aradan qaldıraq.

Gizləndiyiniz yerdən çıxmaq təhlükəlidir! Biz düşmən artilleriyasından və aviasiyasından mövqelərimizin kütləvi şəkildə atəşə tutulmasını gözləyirik.

Mənim rəhbərlik etdiyim Xarkov Regional Mülki-Hərbi İdarəsi hərbi vəziyyətin şərtlərinə uyğun olaraq gücləndirilmiş iş rejimində işləyir və ən əsası - Xarkov şəhərindəyik.

Biz mərkəzi hökumətlə əlaqə saxlayırıq və koordinasiya edirik. Ukrayna Prezidenti - Ukraynanın Ali Baş Komandanı Vladimir Zelenski daim əlaqə saxlayır. Ordumuz texnika və əsgərlərlə əlavə qüvvələr alır".

- Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Podoliak: Bütün Ukraynada vəziyyət nəzarətdədir.

- Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Rusiya və Ukraynanın kredit reytinqini aşağı salıb. Açıqlamada ölkənin xarici valyutada uzunmüddətli kredit reytinqinin “BBB-”-dən “BB+”ya endirildiyi, yerli valyutada uzunmüddətli kredit reytinqinin isə “BBB”dən “BBB-”yə endirildiyi bildirilib.  S&P, Ukraynanın uzunmüddətli xarici valyuta və yerli valyutada kredit reytinqinin "B"dən "B-"yə endirildiyini açıqlayıb. Bundan əlavə, başqa bir kredit reytinq agentliyi olan "Fitch Ratings" Ukraynanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “B”-dən “CCC”-yə endirib.

-Xmelnitski Regional Dövlət Administrasiyası rəhbəri Qamalıy bildirib ki, bu gün rayon ətrafında səngərlər qazılacaq.

- Qvatemala Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq Rusiyadakı səfirini geri çağırıb.

-Media: Umanda hava zərbələri. Atışma səsləri eşidilir.

-Media: Umanda hava zərbələri. Atışma səsləri eşidilir.

-Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Hazırda işğalçıların hava-desant qüvvələrini endirməyə çalışdığı Kiyev vilayətinin Vasilkov şəhərində şiddətli döyüşlər gedir. Kiyev küçələrində aktiv döyüşlər gedir. Hər yerdə düşmən layiqli cavab alır və itki verir.

-Madonna Ukraynaya dəstək üçün video yayımlayıb.

“Rusiyanın Ukraynaya mənasız işğalı dayandırılmalıdır!

Milyonlarla Ukrayna vətəndaşına yardım üçün humanitar yardım göndərin.

Putin bütün mövcud insan haqları müqavilələrini pozub. Putinin Ukraynanın varlığını silməyə cəhd etməyə haqqı yoxdur.

Biz sizi dəstəkləyirik, prezident Zelenski!! Sizin və ölkəniz üçün dua edirik!”

- Lutskda həyəcan siqnalı verilir.

- Kiyevin tam mərkəzində döyüşlər gedir. KİV-in məlumatına görə, Peçerskdə partlayışlar baş verir.

- Odessa yaxınlığındakı Koblevoda iki diversant əsir götürülüb.

- Kiyevdə, Beresteyskaya metro stansiyasında 101-ci briqada bir karvanı məhv edib: 2 avtomobil, 2 yük maşını, bir tank.

-100 min ukraynalı evlərini tərk etdi - BMT-nin baş katibi. P.S. İndi bu rəqəmi necə hesablamaq mümkün olduğu bəlli deyil. Qaçqınların sayı hər dəqiqə artır.

-Ruslar Sumı vilayətində Kipti-Baçevsk magistralını ələ keçiriblər, mülki vətəndaşların yola çıxmasına icazə verilmir.

- ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinə Ukraynaya 600 milyon dollar yardım göstərməyi tapşırıb ki, bunun da 350 milyon dolları hərbi ehtiyaclar üçündür.

-ABŞ Prezidenti Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harris milli təhlükəsizlik komandaları ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər - TASS.

- Mark Zukerberqdən sanksiyalar: Rusiya mediası artıq öz Facebook səhifələrini reklam edə bilməyəcək.Facebook Rusiya dövlət mediasına öz platformasını reklam etməyi və pul qazanmağı qadağan edir.

- Ukrayna Melitopolun yarısına nəzarət edir, digər yarısı isə rus qoşunlarının nəzarəti altındadır.

- Avropa Birliyi Rusiya ilə sadələşdirilmiş viza proseduru ilə bağlı qarşılıqlı razılaşmanı fevralın 28-də ləğv edəcək.

- Ağ Ev ABŞ-ın Putin və Lavrova, eləcə də Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq etdiyini təsdiqləyib.

-“Quşlar” düşməyə davam edir. Ukrayna Silahlı Qüvvələri düşmənin daha 3 hədəfini - 2 helikopter və bir Su-25 hücum təyyarəsini vurub.

- "Bacardığımız qədər qoşunu dayandırırıq, Kiyevdəki vəziyyət Ukrayna Silahlı Qüvvələrinin və vətəndaşların nəzarəti altındadır" - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov.

- Ukraynanın Xarkov şəhərində hava həyəcanı elan edilib. Bildirilir ki, yerli vaxtla saat 05.20-də (Bakı vaxtı ilə 07.20) hava həyəcanı elan edilib. Hadisənin təfərrüatları məlum deyil.

- Ukrayna Silahlı Qüvvələri Kiyevi "təmizləməyə" davam edir. Şəhərin küçələrində çoxlu rus diversantlarının cəsədləri var. Jitomir şossesini yarmaq cəhdi olub, lakin dəf edilib.

- Zelenski Kiyevin müdafiəsinə şəxsən rəhbərlik edir. DOM dövlət telekanalının məlumatına görə, o, paytaxtdadır.

- Zelenski ABŞ-ın onu Kiyevdən təxliyə etmək təklifindən imtina edib - Washington Post.

-ABŞ Zelenskinin Kiyevdən təxliyəsinə kömək etməyə hazırdır.

-Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər. Bu barədə açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. "Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır", - Podolyak deyib.

- Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsinə veto qoyub.

- "Roskomnadzor" Rusiya Baş Prokurorluğunun qərarı ilə Facebook trafikini ləngitməyə başlayıb;

- Rusiya ilə müharibə ABŞ-ın maraqlarına uyğun deyil - , Ağ Evin sözçüsü Cen Psaki deyib;

- ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovu daxil edib. Həmçinin Putin və Lavrova qarşı sanksiyaları Avropa İttifaqı və Kanada da tətbiq edib.

28.02.2022 15:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ