Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana 27 milyard manat lazımdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana 27 milyard manat lazımdır

 “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş bütün sektorlar üzrə strateji hədəflərə nail olmaq üçün 27 mlrd. manat məbləğində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. 

Bu barədə adı çəkilən sənəddə bildirilir.

Strateji Yol Xəritəsinə əsasən, bu vəsait dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Söhbət dövlət büdcəsindən, büdcədənkənar fondlardan, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən, yerli büdcələrdən, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitlərindən, birbaşa xarici investisiyalardan, ölkənin bank sisteminin kreditlərindən və qrantlarından, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditlərindən, texniki və maliyyə yardımlarından, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gedir.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

 

Strateji Yol Xəritəsilə daha ətraflı buradan tanış ola bilərsiniz.

09.12.2016 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ