Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Biznesə tələb olunan bütün məbləği güzəşli kredit kimi götürmək olar" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biznesə tələb olunan bütün məbləği güzəşli kredit kimi götürmək olar" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verildiyi kimi, son günlər Azərbaycan hökuməti ölkədə qiymət artımının dayandırmaq, ərzaq təhlükəsizliyini qorumaq üçün yeni tədbirlərə başlayıb. Bu sahədə nəzərdə tutulan addımlardan biri də yerli istehsalın dəstəklənməsi, ölkənin ərzaq ehtiyaclarının ödənilməsində yerli biznesin payının artırılmasıdır. Bunun üçün yerli biznesə güzəştli kredit dəstəyi də veriləcək.

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli kreditlərin verilməsi ilə bağlı suallara Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsini icra edən Osman Xalıyev cavab verib.

- Osman müəllim, zəhmət olmasa, əvvəlcə fondun xətti ilə verilən güzəştli kreditlərin şərtlərini bir daha xatırladardınız. Hazırda Sahibkarlığın inkişafı fondu hansı şərtlərlə və hansı istiqamətlərə kreditlər ayırır?

- Hal-hazırda Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinə güzəştli kreditlər, avadanlıq kreditləri və pandemiyadan zərər çəkən sahələrin sahibkarlıq subyektlərinə mövcud aktiv 10 mart 2020-ci il tarixinə mövcud aktiv manatla olan kreditlər üzrə 12 ay müddətində faiz subsidiyalarının ödənilməsi üzrə dəstək göstərir. Sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlər 3 kateqoriyaya bölünür: bura 5 min manatdan 50 min manatadək kiçik həcmli kreditlər, 50 min manatdan yuxarı 1 milyon manatadək orta həcmli kreditlər və 1 milyon manatdan 10 milyon manatadək iri həcmli kreditlər aiddir. Kreditlərin müddətləri: kiçik həcmli kreditlər üç ilədək, orta həcmli kreditlər 5 ilədək və iri həcmli kreditlər 10 ilədək müddətə təqdim edilir.

- Bu müddət hansısa səbəbdən uzadıla bilər?

- Bəli, xüsusi hallarda, kənd təsərrüfatında bitkiçiliklə məşğul olan sahibkarlıq subyektlərinə ehtiyac yarandıqda kiçik həcmli və orta həcmli kreditlərin müddətləri əlavə olaraq 2 il müddətinə uzadıla bilər.  Ümumiyyətlə, bütün kreditlər üzrə güzəşt müddəti kreditin müddətinin tən yarısınadək ola bilər.

- Bu, sahibkarln istəyindən asılıdır? Ola bilərmi ki, o, ümumiyyətlə, güzəşt müddəti istəməsin?

- Güzəşti müddəti müəyyən ediləndə müxtəlif məsələlər nəzərə alınır. Təqdim olunan layihə üzrə ilkin görüləcək işlər və eyni zamanda, biznesin işə düşməsi və vəsait gətirməsi, qazanmasından asılı olaraq güzəşt müddəti tətbiq edilə bilər. Bir çox hallarda mövcud biznesin genişləndirilməsi halında - bu zaman sahibkar üçün avadanlığın alınması, quraşdırılması və onun işə salınması müddətində - güzəşt müddəti istənilir. Amma elə sahələr ola bilər ki, burada həm tikintilərin aparılması, icazələrin alınması və avadanlıqların gətirilməsi, quraşdırılması, hər hansı yeni bir sahədirsə, burada o məhsulun bazara tanıdılması, normal bir dövriyyənin formalaşdırılması halları olduqda daha böyük güzəşt müddəti istənilir.

- Bəs sahibkar istəsə, güzəşt müddətini azalda bilərmi? Həm də oxuculara daha aydın olsun deyə, onu misala izah edə bilərikmi? Məsələn, tutaq ki, mən 5 illik güzəştli kredit götürmüşəm və 1 il güzəşt müddəti verilib. Bu nə deməkdir?

- Güzəşt müddəti olan 1 il ərzində sahibkar yalnız kredit üzrə faizləri ödəyir. Əsas məbləğ üzrə ödənişlər isə 1 ilin tamamında başlayar və növbəti 4 il ərzində (əgər kredit 5 illiyə götürülübsə) ödənilir.

- Yəni sahibkarra 1 il vaxt verilir ki, kredit götürdlüyü biznesini rahat inkişaf etdirsin, gəlirə çıxsın və kredit qaytarmaq üçün güc toplaya bilsin.

- Bəli, elədir.

- Yeri gəlmişkən, güzəştli kreditlərin nə qədər sərfəli olduğunu göstərmək üçün 100 min manat üzərində misal göstərək, bu krediti 5 illik, yəni 60 aylıq müddəğə güzəşt müddəti olmadan, illik 5%-lə götürəndə 5 il ərzində ümumilikdə cəmi 13 min manat artıq vəsait ödənilir. Ömründə bircə dəfə biznes krediti götürmüş sahibkarlar bunun nə demək olduğunu bilir. Ənənəvi qaydada götürəndə sahibkar 100 min manat görə təkcxə bir il ərzində 13 min manat ödəyir.

- Osman müəllim, kreditin 5%-lik faizi necə bölünür? Bunun hansı hissəsi bankların və Fondundur?

- Fondun təqdim etdiyi 5%-lik kreditdə 4% kommersiya banklarının, 1% Sahibkarlığın İnkişaf Fondunun payına düşür. Hal-hazırda biz ümumi baxsaq, kommersiya banklarının kreditləri 11-12-13 və yaxud da ki, 15-20% arasında dəyişir.

Statistikaya baxanda, yanlış xatırlamıramsa, 2021-ci illə hüquqi şəxslər üzrə biznes kreditləri 11-12% arası, fərdi sahibkarlar üzrə isə 14-15% olmuşdur və bu faizləri biz dövlətin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə təqdim etdiyi güzəştli kreditlərin 5%-lik faiz dərəcəsi ilə müqayisə etdikdə Fondun kreditləri banklardakı biznes kreditlərdən 3-4 dəfə ucuzdur.

- Üstəlik fondun kreditləri daha uzun müddətə verilir?

- Bəli, bu çox önəmli məqamdır. Kommersiya banklarının orta kredit müddətinə biz nəzər salsaq, bu, daha aşağıdır, 3-4 və ya maksimum 5 ilədək ola bilər. Amma Sahibkarlığın İnkişafı Fondunun kreditləri 10 ilədək müddətə verilir və daha uzun müddətli kreditlərdir və bu da ilkin biznesinə başlayan sahibkarlar üçün çox əlverişli bir şərtdir.

- Osman müəllim, bir neçə ay əvvəl biz sizinlə Sahibkarlığın İnkişafı Fondunun kreditlərin şərtlərinin kəskin şəkildə sadələşdirilməsi və daha əlçatan olması haqqında danışmışdıq. Bu sadələşmənin təsiri necə oldu? Bu dəyişikliyi eləyəndən sonra kredit götürənlərin sayı artdımı?

- Ümumilikdə, xatırladım ki, dəyişikliklər nəticəsində biznes plana qarşı tələb, yəni biznes planın tələb edildiyi məbləğ 50 min manatdan 200 min manata qaldırıldı, eyni zamanda, tələb olunan sənədlərin sayı iki dəfəyədək azaldıldı. Yəni əvvəllər 10-12 sənəd tələb olunurdusa, hal-hazırda 6 sənəd olunur. Sənəd sayının azalması sözsüz ki, bu dinamikanı müsbət istiqamətdə dəyişmişdir. Müqayisə üçün deyim ki, 2021-ci ilin ilk 8 ayında 1000-dən artıq güzəştli kredit ayrılmışdısa, ondan sonrakı 4 ayda 900 layihəyə müsbət rəy verilmişdi. Sözsüz ki, burada sadələşmənin öz müsbət təsiri olmuşdur.

- Bəs bu il vəziyyət necədir?

- 2022-ci ilin statistikasına da baxsaq, yəni 29 mart tarixinə olan rəqəmləri qeyd edə bilərik və haradasa 350 layihə üzrə 12,4 milyon manat güzəştli kredit verilmişdir. Burada 330 üzərində yeni iş yerinin yaradılması planlaşdırılır. Biz bunu keçən ilin eyni dövrü ilə müqayisə etsək, haradasa 2 dəfədən çox artım var.

Digər vacib məqam - 350 layihəyə 12,4 milyon manat güzəştli kredit verilibsə, bu o deməkdir ki, orta məbləğ haradasa 35-36 min manat arası təşkil edib.

- Kreditin orta məbləğinin 35-36 min arasında olması o deməkdir ki, bundan ən çox kiçik və orta biznes faydalanır, eləmi?

- Bəli, elədir.

- Osman müəllim, güzəştli kreditlərlə bağlı əsas problemlərdən biri, hansı ki, deyəsən indiyədək də həll edilməyib – girovla bağlıdır. Yəni sahibkar əvvəlcə banka öz layihəsini təqdim edir, bank ona bildirir ki, fonddan “ok” almaq lazımdır, fond da baxır və razılıq verir. Və bundan sonra sahibkar artıq girov məsələsini həll eləməlidir. Sahibkarlarımızın əksəriyyətinin də necə deyərlər, problemlərlə üzləşdiyi yer məhz girov təminatıdır. Belə hallar olurmu ki, siz layihədən razısınız və layihəni malşiyyələşdirməyə hazırsınız, amma girov olmadığına görə, bu layihə maliyyələşmir.

- Çoz gözəl bir məqama toxundunuz. Sahibkarların güzəştli kredit üçün müraciət proseduru ilkin olaraq müvəkkil kredit təşkilatları –banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqlarıdır, müraciət həmin təşkilatlara olunur və həmin banklar, müvəkkil kredit təşkilatları layihəni dəyərləndirir, əgər müsbət qərar verilirsə, bu zaman fonda müraciət olunur güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün. Fond 10 iş günü ərzində bu müraciəti dəyərləndirir, əgər müsbət rəy verilərsə, öz rəyini banka bildirir və bundan sonra bank maliyyələşmə üçün sənədlərini təqdim edir, yəni bu köçürmə sifariçi və s. İmtina olunduğu təqdirdə də fond yenə də bu barədə məlumat verir. Burada əsas məqam ondan ibarətdir ki, bir çox sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatına (banka) müraciət etdiyindən - bu prosesdə fond iştirak etmir.

O ki qaldı girov prboleminə, doğrudan da bizə sözsüz ki, sahibkarların müraciətləri olur, və bu müraciətlər zamanı bizim eşitdiyimiz problemlərdən ən əsası girov təminatı ilə bağlı olan problemlərdir. Amma banklar müstəqil, lisenziya əsasında fəaliyyət göstərirlər. Onların girov tələbinə qarşı hər hansı bir tələbin fond tərəfindən qoyulması düzgün olmazdı. 

- Yəni fond banka qarşı «girov tələb etmə» kimi tələb qoya bilməz.

- Bəli, amma praktikada mən qeyd edim ki, 2021-ci ildə bizdə bir neçə layihə oldu ki, banklar sahibkarlıq subyektindən hər hansı bir daşınmaz əmlak girovu istəmədilər. Çünki sahibkarlıq subyektlərinin fəaliyyəti və hesabatları kifayət qədər şəffafdır. Bank bu maliyyə göstəricilərini, dayanıqlığı təhlil edərək, məsələn avadanlıq alınması üçün kredit ayırırsa, elə bu avadanlığın özünün girov qoyulmasıyla krediti ayıra bilir.

- Sizdə belə bir müşahidə, monitorinq, yoxsa hansısa bir formada statistika varmı ki, banklar hansı sahə ilə məşğul olan sahibkarlara girov tələbini o qədər də sərt qoymurlar, yəni onunla daha belə yumşaq şəkildə razılaşırlar?

- Bununla bağlı xüsusi bir təhlilimiz əfsuslar olsun ki, yoxdur. Əslində çox maraqlı bir təhlildirdir, amma düşünürəm ki, burada sahədən daha vacib, sahibkarın özünün dayanıqlıq məsələsi onun biznesinin riskli dərəcəsidir. Qeyd etdiyim kimi, əgər şəffaflıq məsələsi qaydasındadırsa, zamanında audit olunursa, yoxlamalarla təsdiqlənirsə, belə sahibkarlar üçün kredit, ümumiyyətlə, kredit və güzəştli krizlər əldə etmək daha asan olur.

Doğrudan da, indi Azərbaycanda biznesin böyüməsi prosesidir, ola bilər ki, 1-2 il əvvəl hansısa biznes çox kiçik idi, ondan hesabat tələb edilmirdi, hesabatın hazırlanmasına ehtiyac da görmürdü. Amma biznes böyüdükcə hesabatlılıq da artmalıdır. Əslində hesabatın olması sahibkarın öz işinə necə ciddi yanaşmasını da göstərir.

-Osman müəllim, 2022-ci ildə Sahibkarlığa İnkişaf Fondu daha çox hansı sahələrə kredit ayırır, yəni kredit vermək üçün prioritet sahələr hansılardır və indiyə kimi hansı sahələrə daha çox kredit verib?

- Bildiyiniz kimi, Sahibkarlığın İnkişafı Fondunun müşahidə şurası hər ilin əvvəlində güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər müəyyən edir, 2022-ci ildə də bu prioritet istiqamətlər müəyyən edilmişdir. Bura əsas kənd təsərrüfatı, yəni istehsal, emal, qeyri-neft sənayesinin inkişafı, xidmət bura təsir eləyir, ictimai iaşə, logistik mərkəzlər, soyuducu və taxıl anbarlarının tikilməsi və sair bu kimi sahələr aiddir.

- Gəlin soyuducu anbarla bağlı məsələni daha ətraflı izah edək, çünki hazırda bölgələrdə belə obyektlərə böyük ehtiyac var. Tutaq ki, mən sahibkaram, təxminən 200 -300 min manatlıq soyuducu anbarı tikmək istəyirəm, bu pulun hansı hissəsini mən fonddan kredit kimi götürə bilərəm?

- Bu suala cavab vermək üçün mən sizə fondun daxili qaydalarını xatırladım. Deməli, qaydalara əsasən, 200 min manatadək olan kreditlərdə sahlbkarın şəxsi kapitalı və güzəştli kredit nisbəti üzrə məhdudiyyət yoxdur. 200-500 min manatadək olan kreditlərdə sahibkarrın şəcxsi kapitalı minimum 30% olmalıdır. Yəni həmin layihələrdə 30% şəxsi kapital və 70% güzəştli kredit ola bilər. Daha yuxarı kreditlərdə isə layihədə 50% sahibkar kapitalının qoyulması və 50% fond güzəştli kreditinin verilməsi nəzərdə tutuur. Sözsüz ki, bu qaydaların tətbiqi müxtəlif hallardan asılı olaraq dəyişə bilər. Məsələn iş adamı biznesini genişləndirirsə, sahibkar tərəfindən daha öncə edilmiş yatırımın məbləğini nəzərə alırıq. Tutaq ki, sahibkara 500 min manat vəsait lazımdır, amma bu iş adamı həmin biznesə bir qədər əvvəl 2-3 milyon manat yatırıb. Ona görə də biz ona yenidən 500 min manat kredit ayıranda 500 minin yarısının qoyulması tələbini etmirik, çünki sahibkar zatən artıq biznesini zamanında qurub və kifayət qədər kapital yatırıb.

- Deməli, sizin biznesiniz varsa, siz 200 min manata soyuducu anbar tikirsinizsə, ola bilər ki, o pul bütünlüklə fonddan götürsün, düz başa düşdüm?

- Bəli.

- Əla, başqa misal çəkək, tutaq ki, sahibkarın torpaq sahəsi var və burada bağ salmaq istəyir. Belə çıxır, bağın salınması üçün bütün vəsaiti fonddan götürə bilərmi?

- Əlbəttə ki, qeyd etdiyim kimi, sahibkaın torpaq sahəsi varsa və eyni zamanda, orada bağın salınmasını düşünürsə, bu, məbləğdən asılı olaraq biznes planı ya tərtib edir, ya tərtib etmədən bütün təhlilləri, proqnoz məlumatlarını təqdim edir. Fond təqdim olunan məlumatları qiymətləndirir, əgər sahibkar torpaq sahəsi alıbsa, yəni investisiya olaraq vəsait qoyubsa, bu zaman biz nəzərə alırıq.

- Tutaq ki, o sahibkar torpağı almağa pul yatırmayıb, məsələn torpaq ona ailəsindən qalıb. Onda necə olur?

- İstənilən halda torpaq kapitaldır və torpağın olması kapital qoyuluşu sayılır. Əgər bu gün torpaq sahibkarlıq subyektinin balansındadırsa, deməli bu onun kapitalıdır.

- Bəs əgər sahibkar bu torpağı icarəyə götürübsə, onda necə?

- Əgər sahibkar bu torpaqda icarə müqaviləsi əsasında fəaliyyət göstərirsə, bu zaman bu sözsüz ki, torpaq kapital sayılmır. O zaman sahibkar layihə üçün vəsaitin müəyyən hissəsini yatırmalıdır. Çünki sahibkarın həmin biznesə bağlılığı və məsuliyyəti olmalıdır ki, o, bu sahənin inkişaf etməsində maraqlı olsun.

- Aydındır və mən deyərdim, sahibkarlar üçün olduqca maraqlı imkandır. Osman müəllim, bu il ərzində, yəni indiyədək fonda müraciət olunan layihələrin neçə faizinə razılıq verilib?

- Bununla bağlı hal-hazırda açığı statistika təqdim edə bilməyəcəm, amma sizə 2021-ci ilin statistikasını təqdim edə bilərəm. Burada ümumi daxil olmuş müraciətlərin 85% üzərində müsbət rəy verilmişdir. Söhbət təqribən 2200-dən artıq layihədən gedir. Bu müraciətlərin 1902-nə razılıq verilib. 2020-ci ildə bu göstərici 83% olmuşdu, yenə də yaxşı göstəricidir.

Və biz xatırlayırsınızsa, bir qeyd aparmışdıq ki, əgər layihəyə təqdim olunan sənədlərdə hər hansısa bir çatışmazlıq olarsa, o zaman biz çalışırıq ki, onu zamanında məlumatlandıraq ki, icra müddəti bitməmiş o sahibkarlıq subyektinin lahiyəsinə müsbət düzəliş mümkündürsə, biz müsbət rəyimizi təqdim edək.

- Özü də ki, ilk 3 ayda səhv eləmirəmsə, verilən kreditlərin 99%-i məhz regionlarda olubdur.

- Bəli, həm məbləğ üzrə, həm say üzrə kreditlərin 99%-dən çoxu Bakı şəhəri xaric regionların payına düşür.

- Görünür, hökumət güzəştli kreditləri vermək üçün sahibkarların özünə də dəstək verməyə hazırdır. Osman müəllim, müsahibəyə görə təşəkkür edirik. Ümid eləyirik ki, bu statistika nisbətdə axıra kimi belə olacaq.

- Mən sizə təşəkkür edirəm.  

KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya

© Fed

11.04.2022 12:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ