Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell prezidenti mükafatlandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell prezidenti mükafatlandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vahid Mürsəliyev Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin Birinci Vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımovla görüşüb, ikitərəfli əməkaşlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

 

Görüş zamanı Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikasında Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibətilə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib. Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

 

Məlumat üçün bildirək ki, dünyada ilk dəfə olaraq 2013-cü ildə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən başlayaraq Azercell Telekom MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Məhz bu dəstəyin nəticəsi olaraq hazırda Komitədə altı idman növü üzrə altmışdan çox saglamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Azercellin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq respublika üzrə I və II Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

 

Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırır.

 

09.12.2016 15:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ