Sərgidə daha bir maraqlı texnika - zeytunyığan kombayn

Bakıda 15-ci “Caspian Agro” kənd təsərrüfatı sərgisi keçirilir.
Marja xəbər verir ki, sərgidə digər maraqlı texnika isə bütün dünyada öz kənd təsərrüfatı texnikalarının performansı və keyfiyyəti ilə məşhur olan New Holland şirkətinə məxsus zeytunyığan kombayn olub.
New Holland Braud 9090x zeytunyığan kombaynı ölkə üzrə öz sinfində unikal texnikadır. Kombayn 6 silindrli 175 at gücünə malik mühərriklə təchiz edilmişdir ki, bu da həm artırılmış çəkim gücü, həm də yanacağa 35% qənaət imkanı verir. New Holland Braud 9090x zeytunun daha tez və itkisiz yığılmağını təmin edir. GPS texnologiyası ilə təchiz edilmiş xüsusi RTK sistemi sahənin xəritələnməsi və İntelliView monitoru vasitəsilə cərgələrə nəzarət imkanı yaradır. Bunun sayəsində sistem məhsulun yığıldığı və yığılmadığı cərgələri ölçə bilir. Eyni zamanda kombaynda yığımdan öncə və sonra avtomatik çəki ölçmə mexanizmi mövcuddur. Bu isə sahələrin məhsuldarığını ölçməyə və nəzarətdə saxlamağa imkan verir.
Müştərilərin xəbərləri

"Viza Kredit BOKT"un rəhbəri dəyişib

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Sabah güclü külək əsəcək - PROQNOZ

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Azərbaycan neftinin son qiyməti

Dollar/TL kəskin düşüb

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Türkiyədə şəkər tozu 67 faizədək bahalaşdı

BVF ABŞ-ın iqtisadi artım proqnozlarını aşağı saldı

“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO

Daşkəsəndə sel yenidən təbii fəlakətə səbəb olub

Çexiya şirkətləri sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib
