Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın xarici borcu azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xarici borcu azalıb

2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Reklam_3_11

Hesabatda bildirilir ki, beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində hesabat ili ərzində faktiki istifadə olunmuş kredit vəsaitləri və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 faizini təşkil edib.

Hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcmi nominal ifadədə 685,8 milyon ABŞ dolları və ya 7,8 faiz azalıb.

Bununla yanaşı, COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, habelə neftin qiymətinin yüksək olması nəticəsində 2021-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 82 milyard 632 milyon manat səviyyəsindən nominal ifadədə 10 milyard 225,7 milyon manat daha artıq olaraq 92 milyard 857,7 milyon manat səviyyəsində qərarlaşması xarici dövlət borcunun ÜDM-ə nisbətinin ilin əvvəli ilə müqayisədə 5,8 faiz bəndi azalaraq 14,9 faizə enməsini şərtləndirib.

İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 46,0 faizinin 10 ilədək olan müddətdə, 48,1 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 5,9 faizinin isə 20 ildən yuxarı olan müddətdə qaytarılması nəzərdə tutulur. Hesabat ilində xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 84,2 faiz, avro – 7,9 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 0,9 faiz.

Dəyişkən faiz dərəcəsi ilə olan kreditlər xarici borc məbləğinin 41,2 faizini, sabit dərəcə ilə olan kreditlər isə 58,8 faizini təşkil edib.

Ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə cəlb olunmuş vəsait və daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla 2021-ci ilin sonuna birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat (ÜDM-in 2,7 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş daxili borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 561,3 milyon manat (ÜDM-in 0,6 faizi) olmaqla, daxili dövlət borcu 3 milyard 68,4 milyon manat və ya 2021-ci il üzrə ÜDM-in 3,3 faizini təşkil etmişdir.

2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1 milyard 126,1 milyon manat məbləğində, ÜDM-də payı isə 0,6 faiz artmışdır ki, bunun da əsas səbəbi dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcalmaların əvəzlənməsi məqsədilə daxili dövlət borcalmasının həcminin artırılması olub. Qeyd olunanların nəticəsi olaraq, dövriyyədə olan dövlət istiqrazlarının həcmi 2021-ci il 31 dekabr tarixinə 2500,2 milyon manata çatdırılmışdır ki, bunun da 150 milyon manatı qısamüddətli (dövriyyə müddəti 1 ilədək), 2 milyard 309,4 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 5 ilədək), 40,8 milyon manatı isə ilk dəfə emissiya olunmuş uzunmüddətli (dövriyyə müddəti 7 il) dövlət istiqrazlarının payına düşür.

Dövlət borc ödənişlərinin proqnozlaşdırılandan az icrasının səbəbi açıqlanıb

2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 2198,8 milyon manat həcmində vəsait nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda bildirilir ki, həmin vəsaitin 2 milyard 31,7 milyon manat həcmində hissəsinin xarici dövlət borcu üzrə (1 milyard 565,4 milyon manatı əsas, 466,3 milyon manatı isə faiz ödənişləri), 167,1 milyon manat həcmində hissəsinin isə daxili dövlət borcu (6,9 milyon manatı əsas, 160,2 milyon manatı isə faiz ödənişləri) üzrə öhdəliklərə xidmət edilməsi proqnozlaşdırılıb. Bunun müqabilində hesabat ilində xarici dövlət borcu üzrə 1 milyard 878,7 milyon manat (1 milyard 512,5 milyon manat əsas borc və 366,2 milyon manat faiz borcu), daxili dövlət borcu üzrə isə 165,4 milyon manat (6,9 milyon manat əsas borc və 158,5 milyon manat faiz borcu) dövlət borcu və öhdəliklərinə xidmət edilməsinə yönəldilib.

2021-ci il ərzində bir sıra xarici borc öhdəlikləri üzrə faiz dərəcələrinin tərkib hissəsini təşkil edən istinad dərəcələrinin (LİBOR, EURİBOR və s.) beynəlxalq maliyyə təşkilatlarının proqnozlarından aşağı olması faiz ödənişlərinin, avro, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) və yapon yeninin məzənnələrində baş verən azalmalar və icrası davam etdirilən layihələr üzrə icraçı qurumlar tərəfindən kredit vəsaitlərindən zəif istifadə edilməsi əsas borc ödənişlərinin proqnozlaşdırılandan az icra olunmasına səbəb olub. Bunun nəticəsi olaraq 2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərdən 154,6 milyon manat məbləğində vəsaitə qənaət olunub. Qeyd olunan vəsait “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Eyni zamanda, qeyd edilməlidir ki, dövriyyədə olan dövlət qiymətli kağızları üzrə vaxtı çatan 692,9 milyon manat həcmində əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə 1 milyard 300 milyon manat məbləğində olmaqla, 2021-ci il ərzində ümumilikdə 1 milyard 992,9 milyon manat məbləğində dövlət qiymətli kağızlarının emissiyası nəzərdə tutulurdu. Bununla belə, ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarından dövlət büdcəsinə 1 milyard 497,3 milyon manat məbləğində vəsait daxil olub ki, bu vəsaitin 692,9 milyon manat həcmində hissəsi dövriyyədə olan dövlət qiymətli kağızları üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə yönəldilib. Hesabat ili ərzində dövlət büdcəsi gəlirlərinin dövlət büdcəsi xərclərini üstələməsi səbəbindən yerdə qalan vəsaitin 800 milyon manat hissəsi xarici dövlət borcu üzrə bir sıra öhdəliklərin (470,6 milyon ABŞ dolları) vaxtından əvvəl ödənilməsinə yönəldilib. Nəticə etibarı ilə 2021-ci il ərzində dövlət borclarının yenidən maliyyələşdirməsi üzrə həyata keçirilən əməliyyatların həcmi 1 milyard 492,9 milyon manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 783,3 milyon manat çoxdur.

xarici borc Azərbaycan
21.05.2022 16:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ