Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kredit reytinqlərində son 18 ildə ən pis il

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit reytinqlərində son 18 ildə ən pis il

Bu il üç böyük kredit reytinqi agentliyinin - Fitch Ratings, Moody's İnvestor Service və S&P Global Ratings-in inkişaf edən ölkələr üzrə reytinq və proqnoz endirməsi artırmasından 3,1 dəfə çox olub. Bu da Asiya böhranının yaşandığı 1998-ci ildən bu yana görülən ən pis mənzərədir.ə



"Marja" xəbər verir ki, Fitch, Moody's və S&P 2016-cı ildə inkişaf edən ölkələrdə 1971 özəl və dövlət istiqrazlarının reytinqini və ya proqnozunu aşağı salıb. Reytinqin və ya proqnozun artırılmasının sayı isə yalnız 628 olub.

Reklam_3_11



Bloomberg, Moody's-ın reytinq verdiyi 134 dövlət istiqrazının 26-sının mənfi proqnoza malik olduğuna diqqət çəkir. Bu da 2012-ci ildən bu yana ən yüksək nisbətdir və böyük qismi inkişaf edən ölkələrə aiddir.

Kredit reytinqləri gecikməli göstərici kimi oxunduğundan bütün bu mənzərə ən pisinin geridə qaldığı şəklində şərh oluna bilər. Bloomberg-də yer alan analitik fikirlərə görə isə, Moody's-ın reytinqini müəyyənləşdirdiyi istiqrazların təxminən üçdə birinə yaxınının mənfi proqnozunda olması daha çox reytinq endiriminin masada olduğuna işarə edir. Əgər reytinqin proqnozu "Neqativ"dirsə reytinqin aşağı salına biləcəyi ehtimalı yüksəkdir.



REYTİNQ ENDİRİMLƏRİ 2017-DƏ AZALA BİLƏR 



Fitch Ratings rekord sayda inkişaf edən ölkə reytinq endirimlərinin 2017-ci ildə azalacağını amma tamamilə dayanmayacağını təxmin edir.

 

09.12.2016 18:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ