Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"3,4 milyard manatlıq sərbəst xəzinə qalığının istifadəsi inflyasiyanın artması ilə nəticələnəcəkdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"3,4 milyard manatlıq sərbəst xəzinə qalığının istifadəsi inflyasiyanın artması ilə nəticələnəcəkdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabit məzənnə amili inflyasiyaya azaldıcı təsir göstərən əsas faktor olmuş, monetar hakimiyyət tərəfindən həyata keçirilən sterilizasiya tədbirləri və vahid xəzinə hesabının sərbəst qalığının artması inflyasiya təzyiqlərinin nisbətən səngiməsinə şərait yaratmış, ilin sonunda sərbəst qalığın dəyişməsinin monetar amillərə təsir göstərəcək əsas faktorlardan olması qənaətinə gəlinmişdir

Marja.az xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.

Qeyd edilib ki, tərəfdaş ölkələrdə milli valyutaların dəyərsizləşməsi fonunda manatın məzənnəsinin sabit qalması manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi ilə nəticələnmiş, bu da öz  növbəsində idxal inflyasiyasına azaldıcı təsir göstərmişdir. Belə ki, cari ilin avqust ayının sonuna ötən ilin müvafiq ayına nisbətən qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 16,4% möhkəmlənmişdir.

Məzənnə amili yanaşı, Mərkəzi Bank tərəfindən həyata keçirilən sterilizasiya tədbirləri dövriyyədə izafi pul kütləsinin azaldılması ilə nəticələnmiş, baxılan dövrdə manatla pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artsa da, ilin əvvəli ilə müqayisədə 9,7% və ya 1 milyard 732,7 milyon manat azalmışdır. AMB-nin məlumatlarına əsasən, 1 sentyabr tarixinə notlar vasitəsilə 570 milyon manat həcmində əlavə vəsaitin sterilizasiyası reallaşdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 milyon manat çoxdur. Ümumilikdə, yanvar-avqust ayları ərzində qiymətli kağızlar bazarında dövriyyədəki nominalın həcmi 3 milyard 455,5 milyon manat təşkil etmiş, bunun 83,5%-i dövlət qiymətli kağızlarının, 16,5%-i isə AMB-nin notlarının payına düşmüşdür. Bazarda əhəmiyyətli paya malik olan dövlət istiqrazlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə artımı, AMB notları üzrə analoji göstəricidən bir qədər çox olmaqla, 377,2 milyon manata bərabər olmuşdur.

Rəydə qeyd edilib ki, ötən ilin sonuna nisbətən pul kütləsinin həcminin azalmasına həm də vahid xəzinə hesabının sərbəst qalığının artması azaldıcı təsir göstərmişdir. Belə ki, cari ilin yanvar-avqust aylarında vahid xəzinə hesabının sərbəst qalığı ötən ilin sonu ilə müqayisədə 2 milyard 177,1 milyon manat artaraq 3 milyard 446,1 milyon manata yüksəlmişdir. AMB-nin məlumatlarına əsasən, baxılan dövr ərzində manatla pul bazasının komponentlərindən olan dövriyyədə olan nağd pulların həcmi ilin əvvəli ilə müqayisədə 1 milyard 205 milyon manat artsa da, banklardakı müxbir hesablar 3 milyard 106 milyon manat azalmışdır ki, bu da xəzinə qalığının artması ilə izah edilə bilər.

Ötən ilin sonunda sərbəst qalığın azalması müvafiq olaraq manatla pul bazasının artmasına təsir göstərən amillərdən olmuşdur. 8 ayın nəticələrinə əsasən, 3 milyard 446,1 milyon manat sərbəst qalıqdan ilin sonunda istifadə ediləcəyi təqdirdə, bu, pul kütləsinə, eləcə də inflyasiyaya təzyiqin artması ilə nəticələnəcəkdir. 

Məlumat üçün qeyd edək ki, 2022-ci il 01 sentyabr tarixinə manatla geniş pul kütləsi (M2) 26 milyard 973,8 milyon manat olmuş, bu məbləğin 45,1%-i banklardan kənarda nağd pul kütləsinin (M0)  payına düşmüşdür . Əvvəlki illərlə müqayisədə, nağd pul kütləsinin manatla geniş pul kütləsində payı azalmış və 2017-ci ildəki 60%-dən 45%-dək enmişdir.

Rəydə qeyd edilib ki, hesabat ilində ikirəqəmli olacağı gözlənilən orta illik inflyasiyanın növbəti ildə nisbətən zəifləyərək təkrəqəmli olacağı proqnozlaşdırılmış, Hesablama Palatası tərəfindən aparılan hesablamalar həm cari il, həm də növbəti il üzrə inflyasiyanın proqnozlarının optimist yanaşma ilə hesablandığını deməyə imkan vermişdir. 

"2022-ci il üzrə “Büdcə zərfi”ndə orta illik inflyasiya üzrə təqdim edilmiş proqnozlara əsasən, 2022-ci ildə inflyasiyanın 4,0% olacağı nəzərdə tutulmuş, dövlət büdcəsinə yenidən baxılma zamanı bu göstərici artırılaraq, 12,5%-ə yüksəldilmişdir. 

Qeyd edək ki, Hesablama Palatası 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair Rəyində inflyasiyanın 4,0% proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyini şərh etmişdir. 2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta illik inflyasiyanın 2022-ci il üzrə 12,5%, 2023-cü ildə isə 6,9% proqnozlaşdırıldığı qeyd edilmişdir. Lakin cari ilin 9 ayında müvafiq göstəricinin 13,4% olduğunu və ilin sonunda fiskal stimullar da səbəb olmaqla tələbin adətən aktivləşdiyini nəzərə alaraq, 2022-ci il üzrə gözlənilən orta illik inflyasiyanın optimist olduğu qənaətindəyik.

Qeyd edək ki, Mərkəzi Bankın 2022-ci il üzrə pul siyasətinin başlıca istiqamətlərinə dair açıqladığı məlumatlara əsasən, illik inflyasiyanın hədəf diapazonu 4±2% müəyyənləşdirilmiş, ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru hərəkət edəcəyi bildirilmişdir. 2023-cü il üzrə orta illik inflyasiya göstəricisinə əvvəlki ilin yüksək göstəricisinin də təsir etdiyi diqqətdə saxlanmaqla, növbəti ildə proqnozlaşdırıldığı kimi 6,9% inflyasiya müşahidə olunması üçün 2023-cü ildə kifayət qədər zəif templi qiymət artımları qeydə alınmalıdır. Lakin növbəti ildə də dövlət büdcəsi xərclərinin, o cümlədən cari xərclərin artırılacağına dair proqnozlar, bundan əlavə vahid xəzinə hesabının qalığından yönəldilməsi nəzərdə tutulan vəsaitin istifadə edilməsi (borc öhdəliklərinin maliyyələşdirilməsi istisna olmaqla) ehtimalı növbəti ildə də orta illik inflyasiyanın proqnozlaşdırılmış göstəricisin optimist yanaşma ilə hesablandığı qənaətinə gəlməyə imkan verir",- Rəydə bildirilir.

Məlumat üçün bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan üzrə inflyasiya gözləntilərinə yenidən baxılmış və növbəti il üzrə proqnozlar artım istiqamətində dəqiqləşdirilmişdir 

01.11.2022 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ