Azərbaycanın ən böyük fondunda 8,7 milyard manatdan çox zərər
Avronun ucuzlaşamsı Dövlət Neft Fondununu daha çox zərərə salıb.
Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş 9 aylıq icra göstəricilərinə əsasən aktivlərin idarəedilməsindən 2 milyard 659,5 milyon ABŞ dolları (4 milyard 521 milyon manat) və ya mənfi 5,7% həcmində zərər edilmiş, büdcədənkənar xərcləri isə 2 milyard 461,8 milyon ABŞ dolları təşkil etmişdir ki, nəticədə Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis reallaşdırılmamış zərəri ümumilikdə 5 milyar 121,3 milyon ABŞ dolları (8 milyard 706,2 milyon manat) təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
Dövlət Neft Fondu 2021-ci il yekunlarına görə investisiya portfelinin idarəedilməsindən 4,49% gəlir götürmüşdü.
Rəydə qeyd edilib ki, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə ediləcək gəlirlərin 935,8 milyon ABŞ dolları və ya 1 milyard 590,9 milyon manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2021- ci ilin müvafiq icra göstəricisindən 1 milyard 696,5 milyon manat və ya 51,6% azdır.
“2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilkin olaraq 1,7% və ya 1 milyard 216,8 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən proseslər və bundan irəli gələn qeyri-müəyyənliklər nəzərə alınaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 4 milyard 521 milyon manat məbləğində və ya 5,66% həcmində zərər yaranması bildirilmişdir”,- Rəydə deyilir.
Fondun hesabat tarixinə büdcədənkənar xərcləri 2 milyard 461,8 miylon ABŞ dolları, o cümlədən qızıl üzrə 447,8 miylon ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 2 milyard 14 milyon ABŞ dolları təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə mənfi gəlirlilikdə əsas pay avro (1 milyard 242,5 milyon ABŞ dolları), funt - sterlinq (418,7 milyon ABŞ dolları) və yapon yeni (118,7 milyon ABŞ dolları) portfelləri üzrə olmuşdur.
Rəydə qeyd edilib ki, cari ildə qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geosiyasi gərginliyin dərinləşməsi fonunda maliyyə bazarlarının tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasəti, inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun investisiya portfelində mənfi meyillər formalaşdırmışdır
“Aparıcı mərkəzi bankların hesabatlarında sərt monetar siyasətlərin ən azı cari ilin sonunadək davam etməsi bildirilir ki, bu da öz növbəsində gəlirlilik dərəcələrinin də növbəti dövrlərdə daha da artması və istiqrazların dəyərinin düşməsi ehtimalını yaradır. Eyni zamanda, davamlı sərt monetar siyasət iqtisadi zəifləməyə təkan verməklə maliyyə bazarlarında qeyri müəyyənlikləri artırır və aşağı kredit riski ilə səciyyələnən dövlət istiqrazlarına (yüksək dürasiyalı) tələbatı artırır. Belə ki, 2023-cü il ərzində sabit gəlirli qiymətli kağızların gəlirliliyinə əsas təsir edəcək amil mərkəzi bankların siyasətinin inflyasiyanın qarşısını alınması ilə yanaşı iqtisadi dayanıqlığın saxlanılmasında nə qədər müvəffəqiyyətli olacağından asılı olduğunu bildiririk.
Makroiqtisadi mühitdə qlobal səhmlərin ilin əvvəlindən başlayaraq neqativ gəlirlilik göstərməsi, eləcə də artan enerji və ərzaq qiymətləri, Avropa Mərkəzi Bankının kəmiyyət yumşalmasını sona çatdırması və faiz dərəcələrini artırma planının yaratdığı böhran riski nəticə etibarı ilə cari ilin sonuncu rübünün itki ilə başa vurulacağını, növbəti dövrlər üçün də artan faiz dərəcələrinin korporativ sektorun gəlirlilik və borclanma üzərində neqativ təzyiqləri artıracağını və beləliklə səhm indekslərində neqativ tendensiyaların davam edəcəyini istisna etmir”,- Rəydə deyilir.
“Tərəfimizdən əvvəlki illərin Rəylərində də bildirildiyi kimi, Fondun investisiya siyasəti müəyyən edilərkən Fondun idarəetmə çevikliyinin artırılması və büdcədənkənar xərclərlə bağlı risklərin minimumlaşdırılması məqsədilə valyuta tərkibi ilə bağlı konkret tələblərə dair məsələlərə sistemli formada yenidən baxılmasının aktuallığını bir daha qeyd edirik”,- Hesablama Palatası bildirib.
2023-cü il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 65%, Avroda 20%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır. 2022-ci il üzrə Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə 2022-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna Fondun aktivlərinə təsirini nəzərə alaraq 2022-ci ilin sonuna Fondun aktivlərinin həcmi 46,8 mld. ABŞ dolları məbləğində götürülmüşdür. 2023-cü il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2,0% proqnozlaşdırılmışdır ki, bu isə Fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.
Müştərilərin xəbərləri

“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib
SON XƏBƏRLƏR
-
3 gün sonra
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçiriləcək
-
20 d. əvvəl
8 şirkətin "Yaşıl dəhliz"dən daimi istifadə hüququ dayandırılıb
- 36 d. əvvəl
-
-
52 d. əvvəl
SOCAR və Boğaziçi Universiteti müqavilə imzaladı, təlim proqramına start verildi
-
57 d. əvvəl
"1 milyon manatlıq qızıl zinət əşyaları aşkar etmişik, 1,1 milyon manatlıq malları müsadirə etmişik"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“10 qəpiklik qiymət artımı zərərimizin bir qismini kompensasiya edəcək"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Məbləği 15 min manatdan artıq olan bu alqı-satqılar nağdsız qaydada aparılacaq
-
2 saat əvvəl
48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçiriləcək

8 şirkətin "Yaşıl dəhliz"dən daimi istifadə hüququ dayandırılıb

Apple-ın mənfəətinin azalacağı gözlənilir

Şahin Bağırov gömrük borclarının məbləğini açıqlayıb

Şəkərin qiyməti son 6 ilin ən yüksək səviyyəsinə çatıb
Ən çox oxunanlar

Rabitəbankda 3 yeni təyinat olub!

48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT

Paşinyanla Putin arasında telefon danışığı olub

Naxçıvanın prokuroru vəzifəsindən azad edildi

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşdi

Azərbaycanda müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası hazırlanacaq
