Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın elektrik enerjisi bazarında dəyişikliklər ediləcək - 3 MƏRHƏLƏ, TARİXLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın elektrik enerjisi bazarında  dəyişikliklər ediləcək - 3 MƏRHƏLƏ, TARİXLƏR

Elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində 42-ci maddədə - keçid müddəalarında əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:

- birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək; - ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək;

- üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.

Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Birinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;

- Qanunda göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;

- ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin İxtisaslaşmış bölməsi tərəfindən elektrik optimallaşdırılmasının tətbiqi; enerjisi istehsalının iqtisadi optimallaşmasının tətbiqi;

- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi;

- ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.

- nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçiriləcək.

İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazan qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması;

- bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması;

-. bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması;

- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;

- elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunda nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi (. elektrik enerjisinin ötürülməsi, paylanması, tarifləri, bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri, sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri);

- üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.

Birinci və ikinci mərhələdə tənzimləyicinin bu qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu qanunda nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası (elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru və paylayıcı sistem operatoru, habelə təchizatçılar tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilməlidir) birinci və ikinci mərhələ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

İkinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə elektrik enerjisinin topdansatış bazarında balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının ayrı-ayrı elementləri tətbiq edilə bilər.

Azərbaycanda elektrik enerjisi bazarının təşkili və fəaliyyəti qaydası müəyyənləşir

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektrik enerjisinin alqı-satqısı elektrik enerjisi bazarında həyata keçirilir. Elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.

Elektrik enerjisi bazarının subyektləri aşağıdakılardır:

- elektrik enerjisi istehsalçıları;

- ötürücü sistem operatoru; 22.1.3. paylayıcı sistem operatoru;

- qapalı paylayıcı şəbəkə operatoru;

- bazar operatoru;

- techizatçı (topdan və pərakəndə satış üzrə);

- istehlakçılar.

Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycan Respublikasının ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.

Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili bazar operatoru tərəfindən həyata keçirilir. Bazar operatorunun vəzifələri aşağıdakılardır:

- elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;

elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;

- elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il)dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;

- topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;

- topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;

- bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;

- topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;

- topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;

- balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;

- topdansatış bazarı subyektləri arasında bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;

- topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;

- öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.

Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.

Elektroenergetika subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər bazar operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə onun idarə olunmasında və topdansatış bazarının fəaliyyətinin təşkili funksiyasının həyata keçirilməsində iştirak etməməlidirlər

Elektrik enerjisinin topdansatış bazarıının fəaliyyətinin təşkilinin əsas prinsipləri aşağıdakılardır:

- topdansatış bazarı subyektlərinin topdansatış bazarına ayrı-seçkiliyə yol verilmədən çıxışı

- topdansatış bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;

- alıcı və satıcıların qiymət təklifləri əsasında elektrik enerjisinin bazar qiymətinin formalaşması;

- topdansatış bazarı subyektlərinin müqavilə öhdəliklərinə riayət etməsi.

Elektrik enerjisinin topdansatış bazarı aşağıdakılardan ibarətdir:

- ikitərəfli müqavilələr bazarı;

- mərkəzləşdirilmiş bazar,

- balanslaşdırıcı bazar;

- köməkçi xidmətlər bazarı.

İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı ikitərəfli

müqavilələr əsasında heyata keçirilir. Ikitərəfli müqavilə ilə elektrik enerjisinin alqı-satqısı müddəti (en azı altı ay olmaqla) topdansatış bazarı qaydaları ilə müəyyən olunan maksimal müddətdən çox olmamalıdır. İkitərəfli müqavilədə satılan elektrik enerjisinin həcmi, qiyməti, satış müddəti, ödəniş qaydası və tərəflərin hüquqları və vəzifələri göstərilməlidir. İkitərəfli müqavilə bağlayan elektrik enerjisi bazarının subyektləri topdansatış bazarı qaydalarında nəzərdə tutulmuş müddətdə bazar operatorunu ikitərəfli müqavilə üzrə qeydə alınmış elektrik enerjisinin həcmləri barədə məlumatlandırır.

Balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatoru balanslaşdırıcı bazarda aşağıdakıları həyata keçirir:

- elektroenergetika sisteminin balanslaşdırılması məqsədilə elektrik enerjisinin istehsalçıları ilə elektrik enerjisinin alqı-satqısını;

- topdansatış bazarı subyektlərinin elektrik enerjisinin qeyri-balansının alqı-satqısını.

Elektrik enerjisinin istehsalçıları ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli, habelə sərbəst (müqavilə bağlanılmamış) güclər üzrə balanslaşdırıcı elektrik enerjisi haqqında təkliflərini ötürücü sistem operatoruna təqdim etməlidirlər. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçılarının balanslaşdırmada iştirakı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun ilə tənzimlənir. Topdansatış bazarının subyektləri elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli və balanslaşdırma məsuliyyətini sərbəst şəkildə, yaxud balanslaşdırıcı qrup çərçivəsində daşımalıdırlar.

Balanslaşdırıcı qrup elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında balanslaşdırma qrupunun yaradılması haqqında müqavilə əsasında yaradılır və həmin müqavilə ilə müəyyən edilmiş qaydada balanslaşdırıcı qrupun hər bir iştirakçısı balanslaşdırma məsuliyyəti daşıyır. Topdansatış bazarının subyektleri balanslaşdırma qaydalarında nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq müqavilə münasibətləri əsasında balanslaşdırıcı qruplarda könüllü birləşmək hüququna malikdirlər. Ötürücü sistem operatoru balanslaşdırıcı bazarın fəaliyyetinə dair balanslaşdırma qaydaları ilə müəyyən edilən hesabat və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ve tənzimləyiciyə təqdim edir.

Elektrik enerjisi teminatının etibarlılığının ve elektrik enerjisinin keyfiyyətinin artırılması meqsedile topdansatış bazarının subyektləri ötürücü sistem operatoruna aşağıdakı köməkçi xidmətləri göstərirlər:

- elektroenergetika sisteminin tezliyinin ve gücünün tənzimlənməsi;

- gərginlik və reaktiv enerjinin tənzimlənməsi;

- sistem qəzalarından sonra elektroenergetika sisteminin fəaliyyətinin bərpası;

- ehtiyat gücün saxlanılması.

Köməkçi xidmətlərin göstərilməsinə dair tələblər elektrik şəbəkəsinə dair

qaydalarda müəyyən olunur. Köməkçi xidmətlərin göstərilməsi müddəti və qaydaları, onların qiymətlərinin müəyyən olunması ve ödənişlərin (xidmətlər ödənişli əsaslarla aparıldığı hallarda) həyata keçirilməsi qaydası balanslaşdırma qaydaları ilə müəyyən olunur.

Azərbaycanda elektrik enerjisi sahəsində balanslaşdırıcı bazar formalaşdırılacaq

Blanslaşdırıcı elektrik enerjisi ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisidir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balanslaşdırma ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı ve istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslərdir.

Balanslaşdırma məsuliyyəti elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimləməsindən irəli gələn maliyyə öhdəlikləri üçün məsuliyyəti, balanslaşdırıcı qrup elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrupdur. Balanslaşdırıcı bazar isə ötürücü sistem operatoru tərəfindən orqan (qurum) tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamani topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi, balanslaşdırma qaydaları balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalardır.

Qeyd edək ki, hazırda qüvvədə olan “Elektroenergetika haqqında” haqqında qanun balanslaşdırıcı bazarla bağlı məsələləri tənzimləmir.

Elektroenergetika sektorunda icazə əsasında həyata keçiriləcək işlər müəyyənləşib

Elektroenergetika sektorunda icazələr hansı işlərin icazələr əsasında həyata keçirildiyi açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda aşağıdakı işlər bu qanuna və "Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir:

- su elektrik stansiyaları ve bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzre ise 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı;

- elektrik enerjisinin ötürülməsi;

- elektrik enerjisinin paylanması;

- 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı;

- elektrik enerjisinin idxalı və ixracı.

Elektrik enerjisinin idxalı və ixracı ilə bağlı icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, digər icazələr isə tənzimləyici tərəfindən verilir.

Elektrik enerjisinin ötürülməsinə ve elektrik enerjisinin paylanmasına icazə hüquqi şəxslərə, elektrik enerjisinin istehsalına icazə isə hüquqi və ya fiziki şəxslərə verilir.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün nəzərdə tutulan icazələrin şərtləri aşağıdakılardır:

- icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxsin mülkiyyətində və ya istifadəsində müvafiq olaraq elektrik stansiyası, ötürücü və ya paylayıcı şəbəkə olmalı;

- icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxs energetika və texniki sahələrdə müvafiq ixtisaslı kadrlara malik olmalı;

- icazə tələb olunan hərəkət elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilmiş texniki, hüquqi və iqtisadi tələblərə cavab verməli;

- elektrik enerjisinin istehsalçısı bu Qanunun 11.3-cü (Istehsalçı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil olmalıdır) ve 11.4-cü maddələrinin (İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz), ötürücü sistem operatoru bu Qanunun 13.2-ci maddəsinin (Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və əsasında fəaliyyət göstərir), paylayıcı sistem operatoru bu Qanunun 15.3-cü maddəsinin (Paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz) tələblərinə əməl etməli.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması ilə bağlı icazələrin alınması üçün ərizəyə "Lisenziyalar və icazələr haqqında" qanunda göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər də əlavə olunur:

- hüquqi şəxs əvvəlki ildə fəaliyyət göstərdiyi halda son bir il üzrə maliyyə hesabatı yaxud bank hesabından çıxarış;

- balans mənsubiyyəti və kommersiya uçotu qurğularının quraşdırıldığı nöqtələr göstərilməklə, icazə tələb olunan hərəkətin həyata keçirildiyi obyektin, ötürücü və paylayıcı sistem operatorları tərəfindən isə, həmçinin müvafiq şəbəkənin sxemi;

- hüquqi şəxsin nizamnaməsinin (xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin əsasnaməsinin) notarial qaydada təsdiq edilmiş surəti, hüquqi şəxsin təsisçiləri (iştirakçıları), müşahidə şurası (direktorlar şurası) və icra orqanının üzvləri (təkbaşçı icra orqanı) barədə məlumatlar, habelə olduğu halda, təsis müqavilələri və kənar (etibarnaməli) idarəçilik müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri;

- fərdi sahibkarın elektroenergetika sektorunda fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan əmlakı etibarnamə ilə idarəetməyə verildiyi halda, bu barədə müqavilənin notarial qaydada təsdiq olunmuş surəti.

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərir. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz.

Paylayıcı sistem operatoru elektrik enerjisinin paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir. Paylayıcı sistem operatoru paylayıcı şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, həmçinin istehlakçılara və paylayıcı şəbəkənin digər istifadəçilərinə elektrik enerjisinin paylanmasını təmin edir. Paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz. Elektrik enerjisinin paylanması birdən çox paylayıcı sistem operatoru tərəfindən həyata keçirildikdə hər bir paylayıcı sistem operatoruna verilmiş icazədə onun xidmət etdiyi ərazi göstərilir.

Elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. Layihəyə görə, elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz. Elektrik enerjisinin təchizatı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətinə münasibətdə hüquqi ve iqtisadi baxımdan müstəqil fəaliyyətdir. Ötürücü və paylayıcı sistem operatoru, habelə onun idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər elektrik enerjisi təchizatçısının əmlakı üzərində mülkiyyət və ya istifadə hüququna, yaxud elektrik enerjisi təchizatçısının idarəetmə orqanlarının tərkibinin formalaşdırılmasında və ya həmin orqanların qərar qəbuletmə prosesində iştirak etmək hüququna malik ola və bu məqsədlə əqdlər bağlaya bilməzlər.

Elektroenergetika sektorunda dövlətin vəzifələri açıqlanıb

Elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri müəyyənləşir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

- elektroenergetika sisteminin vahidliyi, etibarlılığı və təhlükəsizliyi;

- elektroenergetika sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

- elektroenergetika subyektlərinin xidmətlərindən, habelə elektrik şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.

Layihədə elektroenergetika sektorunda dövlət tənzimləməsinin məqsədləri

və dövlətin vəzifələri də əksini tapıb. Elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır:

- enerji təhlükəsizliyinin təmin edilməsi;

- elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

- istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan ve fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi.

Elektroenergetika sektorunda dövlətin vəzifələri isə aşağıdakılardır:

- regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

- əlverişli investisiya mühitinin yaradılması;

- elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması və elektroenergetika sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

- elektroenergetika subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

- istehlakçıların hüquqlarının müdafiəsi, o cümlədən sərbəst istehlakçıların elektrik enerjisi təchizatçısını seçmək hüququnun təmin edilməsi;

- təbli inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

- enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

- elektroenergetika sektorunda dövlət nəzarətinin, o cümlədən elektrik enerjisi bazarının monitorinqinin həyata keçirilməsi;

- elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;

- elektrik enerjisi bazarının effektiv fəaliyyətinin, həmçinin istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;

- elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.

Qeyd edək ki, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.

21.02.2023 11:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ