Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro/dollar dəqiqələr ərzində 1.6% yüksəldi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro/dollar dəqiqələr ərzində 1.6% yüksəldi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro dollar qarşısında Cümə səhəri Asiya seansında, kompüter tərəfindən istehsal edilən əmrlərin treyderləri müdafiəsiz yaxalaması ilə birlikdə 1.6 faizə qədər yüksəlib.


 
Valyuta treyderlərinə görə, ani hərəkət 1.05  səviyyəsinin altından başlayıb və alqoritmik əmrlər bu səviyyənin üzərində qar topu kimi böyüyüb. Hərəkətin sərt olmasına, ilin son iş gününün aşağı əməliyyat həcmi də kömək edib. Dəqiqələr ərzində, Avropanın ortaq pul vahidi 1.0653 dollara qədər sıçrayış edib və bu vəziyyət bəzi treyderlərin mövqelərini zərərdə bağlamağa vadar edib (Dolları satıblar).
 
 
 Məzənnədəki bu ani hərəkət, Donald Trump-ın seçkini qazanmasının ardından Dollarda meydana gələn "rallinin" bir az şişirdilmiş olduğuna dair xəbərlərin gəldiyi bir şəraitdə baş verdi. Dollar bu həftə əhəmiyyətli pul vahidlərinin hamısı qarşısında geri çəkilib. Ötən həftənin sonu etibarilə, ABŞ valyutası yen qarşısında 8 Noyabrdan bu yana 12 faiz və frank qarşısında isə 5 faiz ətrafında dəyər qazanmışdı.

30.12.2016 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ