Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hansı ölkədə nə qədər azərbaycanlı yaşayır? 

 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, Azərbaycan hökuməti xaricdə yaşayan aztəminatlı azərbaycanlı ailələrinə sosial yardım ayıracaq.

 

Qonşu ölkələrdə, elədə də dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimizin siyahısını təqdim edirik.

 

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyon nəfərdən çoxdur. Onlardan 32 milyon nəfəri İranda yaşayır. Azərbaycanlıların sayı daha çox olan 2-ci ölkə Rusiyadır -2 milyon nəfər.

 

Üçlüyü tamamlayan Gürcüstanda isə 500 min nəfər azərbaycanlı yaşayır. Tam siyahı ilə aşağıdakı fotoda tanış ola bilərsiz.

XXXX

 

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. 

 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb. 

 

Qeyd edək ki, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna əsasən indiyə qədər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərdilər. Ancaq bu sosial yardımı göstərəcək icra hakimiyyəti orqanları və yardımın hansı qaydada göstəriləcəyi müəyyənləşdirilməmişdi. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna edilən son dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərəcəklər. 


 

Fərmana əsasən xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək yeganə orqan olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müəyyənləşdirilib. Sosial yardımın göstərilməsi qaydası isə Nazirlər Kabineti tərəfindən göstəriləcək. 

12.01.2017 08:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ