Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı və Abşeron yarımadasında yanvarın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi  ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

12.01.2017 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ