"Mahan Air" iranlıları Bakıya daşımağa başladı
İranın "Mahan Air" aviaşirkəti bu gün Tehran-Bakı marşrutu üzrə ilk aviareysini həyata keçirib.
Bununla iki ölkə arasında həftə ərzində həyata keçirilən aviareyslərin sayı 14 çatıb.
Aviaşirkətin həyata keçirdiyi ilk reyslə 35 nəfər Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, Novruz bayramından sonra aviareyslərin sayının artacağı gözlənilir:
"Ötən il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayında 30 dəfə artım qeydə alınıb. Biz turistlərin sayının daha da artmasını arzu edirik. "Mahan Air" şirkəti də bu işdə öz töhfəsini verəcək. Bu, həmçinin azərbaycanlı turistlərin İrana çıxışını asanlaşdıracaq. İki ölkə arasında turizmin inkişafı gələcəkdə investorların da cəlbinə imkan yaradacaq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl