Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Özəlləşdirmə çekləri yenidən gündəmdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəlləşdirmə çekləri yenidən gündəmdə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclisin bu gün keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub.

 

Reklam_3_11

Bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.

 

Z. Oruc deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: “Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq.

 

Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.

 

Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb : “Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”

 

 

Spiker Oqtay Əsədov “Hesablama Palatası haqqında” qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib: “Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanuni layihəsinin təşəbbüskarı var. 2008-ci ilə yaranan böhrandan sonra yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. “Maliyyə nəzarəti haqqında” qanun üzərində də isə iş gedir”.

 

© APA

01.02.2017 08:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ