İran ilə Azərbaycanın dəmir yolları mart ayında birləşəcək
İran ilə Azərbaycanın dəmir yolları cari ilin mart ayında birləşəcək və İran malları bu yol ilə Rusiya vasitəsilə Avropaya ixrac ediləcək.
Bu sözləri yerli mətbuata açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.
Nazir bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Hazırda Astarada geniş işlər aparılır. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
M.Vaezi nəzərə çatdırıb ki, İranın dəmir yolları sistemi məhz Azərbaycan vasitəsilə Rusiya ilə birləşəcək. Bu yolla İran Azərbaycan və Rusiyadan keçməklə öz mallarını Avropaya daşıyacaq.
Xatırladaq ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti Qəzvin-Rəşt-Astara (İran) dəmir yolunun davamıdır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas istiqamətini təşkil edən Qəzvin-Rəşt-Astara (İran) dəmir yolu İran Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirəcək və bu yollar İrandan Avropaya və əks istiqamətə qatarların hərəkətini təmin edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl