Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Avropa İnvestisiya Bankı ilə müzakirələrə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropa İnvestisiya Bankı ilə müzakirələrə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda nəqliyyat, energetika və ekologiya sahəsində layihələri maliyyələşdirməkdə maraqlıdır. Bu barədə hökumətdəki mənbə məlumat verib.

 

Reklam_3_11

Mənbə bildirib: "Hazırda biz bir sıra istiqamətlərdə EIB ilə ilkin müzakirələr aparırıq. Düzdür, qeyd etmək lazımdır ki, bu bankın öz iş spesifikası var. Məsələn, biz Dünya Bankı ilə işləyirik və yalnız vergi xərclərini ödəyirik, yerdə qalan vəsaiti isə bank özü öədyir. EIB Dünya Bankından fərqli olaraq layihələrin maliyyələşdirilməsinin 100 faizini üzərinə götürmür, birgə kreditləşmədə iştirak edir. Bu bankla danışıqlar zamanı biz bir sıra amilləri nəzərə almalıyıq: hökumət özü nə qədər vəsait ayıracaq, üçüncü tərəfin cəlb edilməsi və digər məsələlər".

 

Bankla müzakirə edilən layihələrin dəyərinə gəldikdə isə mənbə qeyd edib ki, onların həcmi müəyyənləşməyib: "İstənilən bank ilə iş zamanı, ilk növbədə, layihənin istiqamətini müəyyən etmək və texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq lazımdır. İnvestisiyaların həcmi artıq bu iki mərhələdən sonra müəyyən edilir. Hazırda biz EIB ilə layihələrin istiqamətlərini və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını müzakirə edirik".

 

Avropa İnvestisiya Bankı (EIB) Aİ ölkələri üçün maraq doğuran obyektlərin yenidən qurulması və tikintisi üçün kreditlərin verilməsi məqsədi ilə 1958-ci ildə yaradılıb. EIB ölkədə kredit əməliyyatlarının həyata keçirilməsi imkanını Azərbaycan hökuməti ilə 2014-cü ilin yanvar ayının 15-də çərçivə sazişi bağlandıqdan sonra qazanıb.

 

Qeyd edək ki, əməkdaşlığın əvvəlindən bank energetika, kiçik və orta biznesin inkişafı üçün Azərbaycana 76,25 milyon avro ayırıb.

 

© APA

04.02.2017 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ